Icma.az
close
up
RU
İqlim dəyişikliyində insan izi TƏHLÜKƏ

İqlim dəyişikliyində insan izi TƏHLÜKƏ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Əhalinin və istehlak yükünün artması, o cümlədən meşə sahələrinin azalması kimi amillər atmosferdə istixana qazlarının yığılmasını artırır və iqlim dəyişikliyinə səbəb olur. Dünyadakı temperatur statistikası araşdırılanda məlum olur ki, dünyada müşahidə olunan ən isti illər 2000-ci illərdir. Temperaturun yüksəlməsinə səbəb istixana qazları idi, həmin illərdəki proqnozlara görə getdikcə daha da çoxalması qeydə alınacaq və 21-ci əsrdə qlobal iqlim sistemində daha böyük dəyişikliklərə səbəb olacaq. Bu gün məlum olur ki, həmin proqnozlar özünü doğrultdu. Temperaturun və istixana qazlarının artmasında ən böyük amil insan fəaliyyətidir.

1970-2004-cü illər arasında insan fəaliyyəti nəticəsində qlobal istixana qazı emissiyaları 70% artıb. CO2 ən vacib antropogen istixana qazıdır. Antropogen maddə insan fəaliyyəti nəticəsində Yerin sferlərinə daxil olan yeni kimyəvi birləşmədir. Məlumdur ki, bir çox iqlim prosesləri atmosferin əsas komponentləri tərəfindən deyil, çox az miqdarda mövcud olan bəzi qazlar tərəfindən idarə olunur. Bu qazlardan ən çox yayılmışı karbon qazıdır və kiçik miqdarda istənilən dəyişiklik iqlimə təsir etmək iqtidarındadır. Həmin dövrdə emissiya dərəcəsi 80% artdı və bu artıq həyacan təbilinin çalınması demək idi.

İqlim dəyişikliyinin ən çox müşahidə olunan nəticələrindən olan qlobal istiləşmə və quraqlıq kənd təsərrüfatı sektoru üçün hər gün artan təhlükə yaradır. Ekologiyaya vurduğumuz zərərlərin fərqinə vardığımız gündən bəri həm də onun xilası üçün çalışırıq. Birinci addım kimi ekoloji təmiz məhsullar yetişdirməyə başladıq, beləliklə həm torpağı, həm orqanizmimizi, həm də iqlimi qorumuş oluruq. Lakin ekoloji təmiz məhsul yetişdirmək daha çox məsuliyyət və daha az məhsul əldə etmək demək olduğu üçün məhsuldarlığı süni şəkildə artıran kimyəvi gübrələrə daha çox meyl edirik. Halbuki kənd təsərrüfatında istifadə edilən kimyəvi gübrələrin və pestisidlərin insan sağlamlığına təsiri barədə son illərdə ciddi əsaslandırmalar var.

Kimyəvi maddələrin istifadəsi ekosistemə ciddi ziyan vurur. Bu gübrələrin istifadəsi ətraf mühitə bol miqdarda zərərlo maddələrin atılmasına səbəb olur. Atılan bu maddələr torpaqda şoranlığın artmasına, ağır metalların yığılmasına və suda evtrofikasiyaya səbəb olur. Evtofikasiya su bitkilərinin normadan artıq böyüməsi və daha çox oksigen istifadə etməsi deməkdir, bunun nəticəsində isə suda yaşayan canlılar oksigen çatışmazlığından əziyyət çəkir.

Bundan əlavə, gübrələr vasitəsi ilə atmosferə istixana qazları da atılır. Bunlardan ən təhlükəlisi karbon qazından 300 dəfə daha təsirli olan azot oksidləridir. İstixana qazı emissiyalarının 12%-nə səbəb olan kənd təsərrüfatı sektoru iqlim dəyişikliyinin təsirlərinə də məruz qalır. İqtisadiyyatında kənd təsərrüfatının əhəmiyyətli payı olan ölkələrdə bu problem daha çox müşahidə olunur.

Əgər qədərində istifadə edilsə iqlimə bu qədər təsiri də olmaz gübrələrin. Kimyəvi gübrələr azot, fosfor və kalium kimi mühüm elementləri ehtiva edən müxtəlif formul kimi istehsal olunur və fermerlərə kənd təsərrüfatı sahələrində daha səmərəli məhsul əldə etmək imkanı verir. Ancaq həddindən artıq istifadə ekoloji problemlərə səbəb olur və təbii tarazlığı poza bilir. Ona görə də kimyəvi gübrələrdən şüurlu və balanslı istifadə həm kənd təsərrüfatının səmərəliliyini artırmaq, həm də ekoloji dayanıqlığı təmin etmək üçün vacibdir.

Gübrələmənin ətraf mühitə təsiri torpaqda, suda, havada və məhsulun keyfiyyətində özünü büruzə verir. Gübrələrin ifrat istifadəsi torpağın turşulaşmasına, keyfiyyətinin pisləşməsinə, dolayısı ilə məhsuldarlığın zəifləməsinə, məhsulun keyfiyyətin düşməsinə səbəb olur. Gübrələrin nəzarətsiz istifadəsi nəticəsində torpaqda ağır metallar, zəhərli maddələr arta bilər. Gübrələmə səviyyəsi yüksək olan əkinçilik ərazilərində soğulcanlar, qurdlar və mikroorqanizmlər az gübrələmə olan ərazilərlə müqayisədə az olur. Bu torpaq canlılarının öz funksiyaları var, onların olmadığı ərazilərdə məhsuldarlıqda da azalma müşahidə edilir.

2025-ci ilə qədər dünya əhalisinin 8-10 milyarda çatacağı təxmin edilir. Bu da kənd təsərrüfatı məhsullarına olan tələbatın ildə 3,1% artmasına səbəb olacaq. Kənd təsərrüfatı yüksək inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ötən əsrdə qeydə alınmış məhsuldarlığın 60 % və ya daha çox artımı təbii gübrələrin istifadəsi ilə bağlıdır. Daha aydın desək, heyvandarlıqdan əldə edilən təbii gübrələr – peyinlər vasitəsi ilə torpağın məhsuldarlığı artırırlır və bu da dolayısı ilə məhsulun keyfiyyətinə və ekoloji təmizliyinə səbəb olur.

Müasir kənd təsərrüfatı üsulları torpağı çirkləndirir, zərərli gübrələr vasitəsi ilə torpaq, su, atmosfer zəhərlənir. Gübrələmə nəticəsində torpağın şoranlaşması baş verir. Kimyəvi gübrələrdə olan duzlar torpaqda toplanır, torpağın strukturunu poza bilər və bitki köklərinin su qəbul etməsinə mane olur. Başqa bir təhlükə də torpağın turşulaşmasıdır. Bəzi kimyəvi gübrələr torpağı turşulaşdıra və torpağın pH balansını poza bilər. Gübrələr torpaq eroziyasına da səbəb olur. Kimyəvi gübrələrin həddindən artıq istifadəsi torpaqdakı təbii orqanizmləri öldürə və torpağın strukturunu zəiflədə bilir.

Kimyəvi gübrələr torpağın münbitliyini azaldır. Bu gübrələrin davamlı istifadəsi torpağın təbii qida maddələrinin tükənməsinə və yavan qalmasına, məhsuldarlığın zəifləməsinə səbəb olur. Yeraltı suların çirklənməsi də bu gübrələr sayəsində olur. Kimyəvi gübrələr torpağın alt qatlarında toplanır və qrunt sularını çirkləndirir. Kimyəvi gübrələrin həddindən artıq istifadəsi bitki xəstəlikləri və zərərvericilərini artıra bilər. Çünki bu gübrələr torpaqdakı faydalı mikroorqanizmləri öldürür, bu mikroorqanizmlərin hər birinin öz funksiyası var və vəzifələrini yerinə yetirmədikləri üçün torpaqda zərərvericilər artır.

Kimyəvi gübrələr adətən bitkilərin ehtiyac duyduğu əsas qida maddələrini ehtiva edir və bitki böyüməsini dəstəkləmək, məhsuldarlığı artırmaq və ya müəyyən qida çatışmazlığını düzəltmək üçün istifadə olunur. Azotlu gübrələr bitkilərin zülal və xlorofil istehsalı üçün vacib olan azotu ehtiva edir. Azotlu gübrələr xüsusilə yarpaqların və yarpaqların böyüməsini stimullaşdırır. Fosforlu gübrələr enerjinin ötürülməsi, hüceyrə bölünməsi və bitkilərin kök inkişafı üçün lazım olan fosfor ehtiva edir. Fosforlu gübrələr kök və çiçək inkişafını dəstəkləyir deyə bilərik.

Kalium gübrələri bitkilərin su balansını tənzimləmək, xəstəliklərə qarşı müqavimətini artırmaq və ümumi böyüməsini təşviq etmək üçün kalium ehtiva edir. NPK gübrələri isə azot (N), fosfor (P) və kaliumun (K) birləşməsini ehtiva edən tam balanslaşdırılmış gübrələrdir. Bu növ gübrələr bitkilərin ümumi sağlamlığını dəstəkləmək və əsas qida maddələrinin tam təchizatını təmin etmək üçün istifadə olunur. Mikroelement gübrələri isə bitkilərin çox az miqdarda ehtiyac duyduğu dəmir, sink, mis kimi mikroelementləri ehtiva edir. Kimyəvi gübrə növləri kənd təsərrüfatı məhsuldarlığının artırılması və qida çatışmazlığının aradan qaldırılması üçün mühüm vasitədir. Lakin düzgün istifadə edilmədikdə ətraf mühitə təsir göstərə biləcəyi üçün balanslı şəkildə istifadə edilməlidir.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see392

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see372

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see346

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see342

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see337

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see332

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see329

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see327

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see304

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see301

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see282

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see278

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see275

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see272

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see258

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see244

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see242

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see233

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see224

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

12 Sentyabr 2026 18:35see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri