Icma.az
close
up
RU
İqlim dəyişikliyinin yaratdığı reallıqlar və dünyanı gözləyən təhlükə KONKRET

İqlim dəyişikliyinin yaratdığı reallıqlar və dünyanı gözləyən təhlükə KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Dünyanın əksər ölkələrində istifadə olunan müxtəlif sənayə üsulları, atmosferə atılan zərərli qazların törətdiyi fəsadlar zaman-zaman öz sözünü deməkdədir. Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişkliyi məhz son iki yüz il ərzində baş verən sənaye inqilabından sonra baş verib. Təbiətin şıltaqlığı insanların yüz illik “əməyinin” məhsuludur. Bəzi alimlər isə hesab edirlər ki, təbiət hadisələrinin daha da ciddliləşməsi ildən-ilə öz mənfi nəticələrini göstərəcək. Atmosferdə baş verən dəyişikliklərin super kompüterlərlə müşahidə olunması göstərir ki, son illər yer səthində temperatur 1,1 dərəcə artıb. Alimlərin hesablamalarına görə, bu göstərici 1,5 dərəcəni ötərsə, daha ciddi fəsadlar yarana bilər. Bunun baş verəcəyi təqdirdə dünyada adaptasiya prosesi çətinləşəcək. Məsələn, bu, bəzi yerlərdə quraqlıqla, bəzi yerlərdə isə ciddi yağıntılarla müşahidə olunacaq. Hazırda bəşəriyyət sürətli iqlim dəyişkliyinin qarşısını almaqda çətinlik çəkir. Bu dəyişkliklər uzun illərdir davam etdiyindən yer kürəsində ciddi fəsadlar yaradıb. Mütəxəssislərin hesablamalarına görə bu gedişlə 2100-cü ildə yer səthinin temperaturunun 1,5 deyil, hətta 2,8 dərəcə həddini keçmək ehtimalı var. Bu gün dünya 1,5 dərəcədən ehtiyat etdiyi halda, 2,8 dərəcənin törədəcəyi təhlükələr daha ciddi ola bilər. Bu baş verərsə, torpaqların şoranlaşması, su ehtiyatlarının tükənməsi və digər təhlükəli məqamlar qaçılmaz olacaq. Qlobal istiləşmə iri buzlaqların əriməsində mühüm rol oynayacaq.

Qlobal istiləşməylə bağlı ciddi narahatlıq ötən əsrin 70-ci illərindən başlayıb. Alimlər yer kürəsinin başı üzərində fırlanan təhlükəni anlayıb narahatlıqlarını ifadə etməyə başlayanda artıq gec idi. 1850-ci ildən sonra dünyada sənaye inqlabı başlayıb və məhz həmin dövrdən sənayə müəssisələrinin sayı günbəgün çoxalıb. Deməli, dünyada sənayenin inkişafı həm də təbiətə ciddi ziyan vurub. Bu ziyanı insanlar zaman-zaman hiss etməyə başlayanda isə artıq gec idi. İstixana qazlarının və karbon dioksidin atmosferə atılması nəticəsində baş verənlər ekoloji tarazlığı pozub və qlobal mühitdə dəyişiklik müşahidə olunmağa başlayıb. Hesablamalara görə sənaye inqlabından bu günə qədər atmosferə təxminən 2,5 milyard ton karbon dioksid və istixana qazlararı atılıb.

Maraqlı budur ki, təxminən 1,3 milyard əhalisi olan Afrika qitəsinin istixana qazlarına təsiri cəmi 4% civarındadır. Bu da Afrika xalqlarının narazılığına səbəb olur. Onlar haqlı olaraq dünya sənaye nəhənglərindən narazılıqlarını ifadə edirlər. Paris sazişində qeyd olunur ki, dünya qlobal iqlim dəyişkliyinə ortaqdır və burada hər hansı dövlət öz yaxasını kənara çəkə bilməz. Orada daha sonra qeyd olunur ki, dünya yeni inkişaf modeli ortaya qoymalıdır. Amma burada bəzi incəliklər var. Məsələ burasındadır ki, sənaye inqlabından faydalanan dövlətlər daha çox inkşaf edib və həddindən artıq varlanıb. Afrikada qəbilə halında yaşayanlar isə hələ də ibtidai insanların yaşadığı həyat tərzi keçirirlər. Afrikalıların iradları haqlıdır və sənaye inqlabından milyardlar qazanan ölkələr iqlim dəyişkliyinə daha çox məsuliyyət daşıyırlar. Deməli, qlobal istiləşmənin qarşısını almaq üçün inkişaf etmiş ölkələrin üzərinə daha çox yük düşməlidir. Maraqlıdır ki, dünyada iqlim dəyişikliyinə məruz qalan 20 ölkədən 17-si Afrika qitəsindədir. Hesablamalara görə dağlıq, sahil və qütbə yaxın zonalarda dəyişklik daha çox hiss olunur. Amma buna baxmayaraq iqlim dəyişikliyinin məsuliyyəti bütün dünyanın üzərindədir. Hesablamalara görə, 2023-cü ildə atmosferə atılan karbon dioksid 53 milyard, bu il isə təxminən 54 milyard kubu ötəcək. Bu göstəricilərə faiz nisbəti ilə baxsaq təxminən 70% dən çoxu neftin, qazın və daş kömrün yanması nəticəsində yaranır. 18-20% kənd təsərrüfatı sektorunun, qalan hissəsi isə sənayenin payına düşür.

Bütün bu məsələlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29-da da müzakirə edilib. Ümumiyyətlə COP29-un Bakıda keçirilməsi tarixi hadisə idi. Səksəndən artıq dövlət və hökumət rəhbərlərinin, vitse-prezidentlərərin iştirak etdiyi beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən 76 min iştirakçı qatılmışdı. Dünyanı maraqlandıran iqlim dəyişiklikləri, qlobal istiləşmə, su ehtiyatlarına əl çatanlığın təmin olunması, ərzaq təhlükəsizliyi kimi məsələlər geniş müzakirə edildi. Ada dövlətlərinin üzləşdiyi böhran daha ciddi xarakter aldığından bu məsələyə xüsusi yanaşılıb. İnkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan ölkələr razılaşıb və konsensuns eldə edilib. Təbii ki, ətraf mühitə vurulan ziyanın aradan qaldırılması üçün iqlim maliyələşməsi tələb olunur.Beləliklə, COP29-da illik 300 milyard dollar həcmində maliyyə vəsaitinin ayrılmasına dair öhdəliklər öz əksini tapdı. 2035-ci ildə 1,3 trilyon maliyələşmə həddi kifayət qədər böyük uğur sayılmalıdır.  Eyi zamanda Paris iqlim sazişinin 6-cı maddəsinin razılaşdırılması da böyük nəticədir. Karbon emissiyalarının həcminin azaldılması nəzərdən keçirilir. Bununla yanaşı, itki və zərər fondunun formalaşması, Bakı adaptasiya yol xəritəsinin yaradılması iqlim dəyişmələri üzrə mübarizədə dönüş nöqtəsi hesab oluna bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Noyabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri