Icma.az
close
up
RU
İnsan satan adamlar: təhlükə artır

İnsan satan adamlar: təhlükə artır

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsan alveri müasir köləliyin bir forması, öz mənfəəti naminə pul qazanmaq üçün başqasını istismar edən şəxsin törətdiyi cinayətdir. İnsan alverçiləri fiziki və ya psixoloji zorakılıqdan istifadə edərək qurbanın azadlığını məhdudlaşdırırlar. Onlar həmçinin qurbanlarını iqtisadi cəhətdən asılı saxlaya bilərlər, yaxud sadəcə onların həssas vəziyyətindən istifadə edə bilərlər. İnsan alverçiləri təkbaşına və ya cinayət şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərə bilərlər. İstənilən fərd insan alverinə məruz qala bilər: kişilər, qadınlar, böyüklər və ya uşaqlar.

İnsan alverinin qurbanları müxtəlif formalarda istismar edilə bilərlər. Cinsi zorakılıq da onlardan biridir. Cinsi zorakılığın qurbanları pul qazanmaq üçün cinsi xidmətlər göstərməyə məcbur edilir. Sui-istifadə edən şəxs qurbanlarını mal, pul və ya daha yaxşı həyat vədləri ilə məcbur edə, manipulyasiya edə və ya inandıra bilər. Bu, təkcə fahişəlikdə deyil, həm də porno sənayesində istifadə edilir, eləcə də bəzi hallarda xüsusi qonaqların müşayiətində və ya söhbət xidmətlərində istifadə edilən istismar növüdür.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və təzyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından əziyyət çəkirlər. Onlar tez-tez cəmiyyətdən təcrid olunurlar və yaxud yemək, sığınacaq, səhiyyə xidmətlərinə çıxış əldə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverinin ən çox zərər çəkən qisim orqanları üçün oğurlanan, qaçırılan insanlardır. Qurbanlar bədən üzvlərinə və orqanlarına görə zorakılığa məruz qalırlar. Onların sağlamlığına zərər vuran, sui-istifadə edənlər qurbanlarını aldadıb iş adı ilə dəvət edir, tələyə saldıqdan sonra ya az miqdarda pul müqabilində orqanlarını “satmağa” məcbur edirlər, ya da özünün razılığı olmadan orqanı oğurlanır və böyük gəlirlər üçün yenidən satılır.

Bəzən insan alveri qurbanları cinayət törətməyə təhrik edilirlər – oğurluq, qaçaqmalçılıq, zərərli maddələrin satışı və tədarüfü kimi qnunsuz əməllərə alət edilirlər. Bu cür insan alveri qurbanları öz iradələrinə zidd olaraq başqasının xeyrinə cinayət törətməyə məcbur edilirlər. Sui-istifadə edən şəxs zorakılıqdan, aldatmadan, narkotikdən və ya borcdan istifadə edərək qurbanlarının üzərində nəzarəti ələ keçirir və onları qanunsuz hərəkətlər etməyə məcbur edir. Belə hallar adətən yeniyetmələrlə baş verir.

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) ötən ilin sonunda yayımladığı “2024-Qlobal İnsan Alveri Hesabatı”na əsasən yoxsulluq, münaqişə və iqlim dəyişikliyi hər il daha çox insanı istismara məruz qoyur. Uşaq alveri, məcburi əmək və cinayətkarlıq insan alverini bütün dünyada artırmaqdadır. Hesabatda qurbanların müəyyən edilməsi, qorunması və şəraitinin yaxşılaşdırılması və insan alverinin bütün formalarına qarşı müdaxilə ilə bağlı hökumətlərə tövsiyələr verilmişdi.

156 ölkənin məlumatları əsasında hazırlanan hesabatda qeyd edilir ki, COVID-19 pandemiyası zamanı -2019-2022-ci illər arasında insan alverçilərinin əlinə keçən qurbanların sayı 25 faiz artıb. Eyni dövrdə məcburi əmək üçün insan alverçilərinin əlinə keçən qurbanların sayı da 47 faiz artıb. Bildirilir ki, Afrikanın bir çox yerlərində uşaq alveri, xüsusilə məcburi əmək, cinsi istismar və məcburi dilənçilik böyüklərin insan ticarətinə məruz qalmasından daha tez-tez aşkar edilir.

Hesabata görə, 2022-ci ildə qurban uşaqların sayı 2019-cu ilə nisbətən 31 faiz artıb, qızlarda bu artım yüzdə 38 olaraq təyin olunub. Bildirilib ki, insan alverinin qurbanı olan qızların sayında artım oğlanlara nisbətən daha çox olsa da, bölgələrdə daha çox oğlanlar insan alverinin qurbanı kimi müəyyən edilir. Uşaq alveri yüksək gəlirli ölkələrdə də artmaqdadır, bu ölkələrdə tez-tez cinsi istismar məqsədilə alver edilən qızlarla bağlı hallar aşkarlanır.

Hesabatda qeyd olunub ki, dünya üzrə müəyyən edilmiş qurbanların əksəriyyətini qadınlar və qızlar təşkil etməkdə davam edir və qadın qurbanların əksəriyyəti də cinsi istismar məqsədilə insan alverinin subyektləridir. İnsan alverinin qurbanı olduğu müəyyən edilən oğlanların təxminən 45 faizi məcburi əmək məqsədi ilə cəlb edilib, 47 faizi isə insan alverçiləri tərəfindən başqa məqsədlər üçün, o cümlədən məcburi cinayət və dilənçilik məqsədilə istismar olunmaq üçün oğurlanıb.

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Qada Vali qeyd edib ki, münaqişələr, iqlimlə bağlı fəlakətlər və qlobal böhranlar bütün dünyada problemləri artırır və insan alverinin müəyyən edilmiş qurbanlarının sayı da paralel olaraq artır. Vali, insan tacirlərinin xüsusilə uşaqları hədəf aldığını ifadə edərək, “biz görürük ki, müəyyən edilən qurbanların 38 faizi uşaqlardır və uşaq qurbanlarının sayı durmadan artmaqdadır. Qadınlar və qızlar cinsi istismar və gender əsaslı zorakılıq riski ilə daha çox üzləşirlər”.

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən insan alverinin profilaktikası müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edilir. İnsan alverinin profilaktikası üzrə tədbirlər sisteminə insan alverinin qarşısının alınması, xüsusilə də gender aspektləri üzrə tədqiqatların aparılması, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsi, qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi daxildir.

İnsan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, onların insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırılması, uşaqların baxımsızlığına və kimsəsizliyinə şərait yaradan səbəb və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər sisteminin yaradılması və ondan səmərəli istifadə edilməsi, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların tərbiyə edilməsi və təhsil almaları üçün tədbirlərin görülməsi, təhsil müəssisələri, uşaq evləri, internat məktəbləri və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən digər orqan və müəssisələrdə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi, insan alverinə qarşı mübarizəni həyata keçirən orqanların əməkdaşları üçün xüsusi tədris kurslarının təşkil edilməsi də görülən işlər çərçivəsindədir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” nda da insan alverinin qarşısının alınması istiqamətində qeyd olunan nüanslar öz əksini tapıb.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri