Icma.az
close
up
RU
İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur Muxtar Babayev

İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur Muxtar Babayev

İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur.

Bu barədə COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində İtki və Zərər üzrə iqlim fəaliyyətinin genişləndirilməsi: Santyaqo Şəbəkəsinin tam fəaliyyətinin təmin edilməsi mövzusunda planer sessiyasında deyib.

O qeyd edib ki, ekstremal hava daha çox yayılmağa və daha sərtləşməyə başlıyıb. Artan təbii fəlakətlər insanları evlərindən didərgin salır və ekosistemləri günü-gündən zədələyir: “COP29 sədrliyi bu il Pakistan, Tonqa, Efiopiya, Konqodan Karib hövzəsinə, iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən icmalarla görüşdüyümüz digər ölkələrə etdiyimiz səfərlərdə bunun şahidi olduq. Buna görə də bu, COP29-da əsas prioritet olub. Santiaqo Şəbəkəsi itki, zərər və davamlılıq üzrə bilik boşluqlarını doldurmağa kömək edir. Bu il COP29 Prezidentliyi Santyaqo Şəbəkəsinin işə başlamasına kömək etmək üçün çalışdı. COP29-da itki və zərərlə bağlı mühüm irəliləyiş əldə etmişik. Bugünkü tədbir irəliləmək üçün daha bir şansdır”.

seeBaxış sayı:31
embedMənbə:https://azpost.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri