Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

İqlim diplomatiyasının dönüş nöqtəsi

İqlim diplomatiyasının dönüş nöqtəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

İqlim dəyişikliyi son illər dünyanı narahat edən ən ağır problemlərdən biridir. Bu problemə həsr olunmuş tədbirlərin ən mühümü isə hər il keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin Konfransı (COP) hesab edilir . Bu tədbirlər dünyanın gələcəyi üçün kritik qərarların qəbul edildiyi və siyasi, iqtisadi, ekoloji dialoqun mərkəzində duran platformadır.

Azərbaycanın qürurla ev sahibliyi etdiyi COP29 isə bundan öncəki konfranslardan qlobal əhəmiyyəti və əldə olunmuş nəticələr baxımından müsbət mənada xeyli fərqli oldu. COP29 sadəcə iqlim dəyişikliyi mövzusunda deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda yeni tarixi bir addım oldu. Bakı dünya siyasətinin ən mürəkkəb problemlərin müzakirə olunduğu bir məkana çevrildi. Bu konfrans Azərbaycanın yalnız müşahidəçi deyil, qlobal çağırışlara cavab verən lider olduğunu bütün dünyaya nümayiş etdirdi.
COP29 dialoq mərkəzinə çevrilmiş Bakının beynəlxalq diplomatiyada və təşkilatçılıqda səriştəsini göstərdi. Ölkəmizi bir dünya səhnəsinə çevirən və 200-dək ölkənin nümayəndə heyətinin, 150-dən çox dövlət və hökumət başçısının, 50 mindən artıq iştirakçının qatıldığı tədbiri 1000-dən çox beynəlxalq jurnalist işıqlandırmış və bu gün də tarixi nəticələr barədə təəssüratlarını bölüşməkdədirlər.
Azərbaycan, iqlim böhranı ilə mübarizə aparan ölkələr arasında unikal bir mövqeyə malikdir. Neft və qaz ehtiyatlarına malik olmasına baxmayaraq, ölkəmiz son illərdə alternativ enerji mənbələrinə keçidi sürətləndirməkdə davam edir. COP29 zamanı təqdim olunan rəqəmlər və təşəbbüslər bunu bir daha sübut edir. Belə ki, “Yaşıl dünya naminə həmrəylik ili” kimi təsdiqlənmiş 2024-cü ilin sonuna qədər Azərbaycan enerji istehsalının 30 faizini bərpa olunan mənbələrdən təmin etməyi planlaşdırır. İqlim dəyişiklikləri ilə mübarizə üzrə 5 illik milli strategiya təsdiqlənib. Xəzər dənizi ətrafında 10 yeni külək elektrik stansiyasının tikintisi planlaşdırılır.
Bütün bunlar Azərbaycanı təkcə öz daxilindəki və ya Cənubi Qafqaz regionundakı deyil, bütövlükdə bəşəri sayılan mövcud qlobal problemlərin həlli ətrafında beynəlxalq dialoqun mərkəzi oyunçusuna çevirib. Prezident İlham Əliyevin ekoloji təhlükələrə qarşı mübarizə ilə bağlı fikirlərində və bu tədbirdəki çıxışlarında iqlim məsələlərinə dair vurğulanan əsas məqamlar, beynəlxalq əməkdaşlığın vacibliyinin önə çəkilməsi bu sahədə dünyanın aparıcı mütəxəssisləri arasında geniş müzakirə mövzusudur.
COP29-un Bakıda keçirilməsi yalnız ekoloji deyil, həm də geosiyasi baxımdan mühüm bir hadisədir. Bu tədbir Azərbaycanın qlobal diplomatiyada artan rolunu göstərdi. Bu, məhz onunla əlaqəlidir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də Avropa və Asiyanın enerji təhlükəsizliyində mühüm rol oynayan aktorlardan biri kimi tanınır. Prezident İlham Əliyevin iqlim dəyişiklərindən daha çox əziyyət çəkən və kolonializmin buxovlarında çabalayan kiçik ölkələrin problemlərinə xüsusi diqqət yönəltməsi iqlim ədalətsizliyinə qarşı həmrəyliyin əldə olunmasına ən böyük töhfədir. Bakıda keçirilən tədbirdə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan yoxsul ölkələri dəstəkləmək üçün zəngin ölkələr tərəfindən hər il 300 milyard dollar vəsait ayrılması barədə razılıq əldə olunub. Həmçinin, Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) çərçivəsində COP-un İtki və Zərər Fondunun 2035-ci ilə qədər 1,3 trilyon dollara çatdırılması hədəf kimi götürülüb ki, bu da maliyyə konfransı kimi tarixə düşən COP29-un ən böyük nailiyyətidir. Bu kontekstdə Fransa prezidenti Emmanuel Makron başda olmaqla iqlim dəyişikliyi problemlərinə daha çox cavabdeh olan bir sıra Avropa və Qərb liderlərinin COP29-da iştirak etməməsi məsuliyyətsizlik kimi qiymətləndirlilməsi isə tamamilə məntiqlidir.
Konfransın yekun plenar iclasında Paris Sazişinin 6.2 və 6.4-cü bəndlərinin icrası təsdiqlənib. Bu, beynəlxalq iqlim siyasətində uzun zamandır gözlənilən daha bir uğur kimi qiymətləndirilir. Başqa sözlə, bu mexanizm sayəsində ölkələr iqlim dəyişikliyi ilə mübarizədə birgə əməkdaşlıq edərək, öz milli öhdəliklərini daha effektiv şəkildə yerinə yetirə biləcəklər. Bu, eyni zamanda xüsusilə az karbonlu texnologiyaların inkişafına və geniş tətbiqinə təkan verəcək.
Bundan əlavə, Azərbaycan bu platformadan regional qarşıdurmaları aradan qaldırmaq üçün də dialoq məkanı kimi istifadə etməyə nail oldu. Bakı konfransında Ermənistan nümayəndə heyətinin iştirakı tərəflər arasında gərginliklərin azaldılmasına zəmin yaradan pozitiv məqam kimi dəyərləndirilməlidir. Bu, Azərbaycanın həm də sülh və sabitlik üçün qlobal rol oynamağa hazır olduğunu göstərən elementdir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi, onun beynəlxalq aləmdəki strateji rolunun təsdiqi oldu. Ölkənin xarici siyasətindəki praqmatik yanaşma, həm Şərq, həm də Qərb dövlətləri ilə əməkdaşlıq etməsi bu uğurun əsasını təşkil edir. Azərbaycan artıq yalnız neft və qaz ixracatçısı deyil, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşan yeni enerji strategiyası çərçivəsində alternativ enerji mənbələrinə əsaslanan "yaşıl enerji" təşəbbüslərinin müəllifidir. COP29 isə iqlim böhranı ilə mübarizədə yeni bir yol xəritəsini təqdim edən Azərbaycanın təkcə enerji sahəsində deyil, həm də bütün qlobal msələlərə dair beynəlxalq dialoq və əməkdaşlıqda aparıcı rola malik olduğunu nümayiş etdirdi və gələcəyə doğru innovativ addımlar atan bir ölkə olduğunu göstərdi.
COP29-la bağlı Azərbaycna qarşı genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasını genişləndirmiş bəzi Qərb dairələrinin və beynəlxalq qurumların məsuliyyətsiz mövqeyinə cavab olaraq Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq olduğunu söyləyən Prezident İlham Əliyevtədbirin siyasi və iqtisadi əhəmiyyətini yüksək qiymətləndirmişdir: ““Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı…
Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək”.
Beləliklə, iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə Azərbaycanın verdiyi töhfə ölkənin beynəlxalq nüfuzunu artırdı. Əldə olunan razılaşmalar, qəbul edilən strategiyalar və irəli sürülən təşəbbüslər, Azərbaycanın gələcəkdə bu sahədə aparıcı ölkələrdən biri olacağına əminlik yaradır.

Əli Hüseynli
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri