Icma.az
close
up
RU
İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi müzakirə edildi Foto

İqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi müzakirə edildi Foto

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günündə iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, sessiyada çıxış edən Beynəlxalq İnkişaf Hüquq Təşkilatının (IDLO) Baş Direktoru Jan Biql deyib ki, iqlim dəyişikliyindən hər bir ölkə eyni formada təsirlənmir:

"Bizim məqsədimiz iddialı iqlim tədbirlər görməklə insanları səlahiyyətləndirməkdir. Ədalət və inklüziv qərar verməni təşviq etməkdir. Parlamentarilərin də rolu burada vacibdir".

Onun sözlərinə görə, iqlim dəyişikliyindən həmçinin qadınlar da çox təsirlənir:

"Biz qadın fermerləri dəstəkləməklə kənd təsərrüfatı məhsullarını artıraraq icma dayanıqlılığını artıra bilərik. Qadınların da burada rolu artırılmalıdır. Parlamentarilər ilk növbədə iqlim qanunvericiliyini dəstəkləmək üçün çalışmalıdırlar".

İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) Regional Fəaliyyət və Qlobal Təbliğat üzrə Strateji Qrupun rəhbəri David Potter iqlim dəyişikliyinin təsirlərindən bəhs edərək qeyd edib ki, daşqınların sayının artması, quraqlıqların olması insanların yaşadıqları əraziləri tərk etməyə məcbur olduğuna diqqət çəkib:

"Bu eyni zamanda gənclərə də təsir edir. Bəzən valideynlər övladlarının daha rahata yerə göndərirlər, nəticədə övladlar valideynlərindən uzaq düşür".

Benin Milli Assambleyasının üzvü Jeremie Adomahou çıxışı zamanı iqlim dəyişikliyinin həlli üçün siyasi iradənin önəminə toxunub:

"Biz həmçinin layihə və planlar yaratmalıyıq. Eyni zamanda qarşıya qoyduğumuz məqsədləri publik siyasətə çevirməliyik. Bizim büdcəmiz iqlimə həssas olmalıdır".

BMT-nin İnkişaf Proqramının iqlim dəyişmələri üzrə eksperti Ketrin Vonq Əvvəlki illər müqayisədə temperatur və, müharibələr artıb:

"Münaqişələrdən əziyyət çəkən ölkələr iqlim dəyişikliyindən də əziyyət çəkirlər. Bu da onu göstərir ki, iqlimə təsirlər gündən-günə artır. Münaqişələrdən əziyyət çəkən ölkələrdə çox böyük risklər mövcuddur. Bu da beynəxlalq və milli səviyyədə adaptasiya planlarını tətbiqini çətinləşdirir. Əsrin ortasında 200 milyondan çox insan iqlim dəyişikliyi səbəbindən məcburi köçkün olacaq. Bu say daha da çox ola bilər".

Sonda sessiyada iştirak edən qonaqlar mövzu ətrafında müzakirələr aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 17 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see183

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see137

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see136

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri