Icma.az
close
up
RU
COP29 çərçivəsində “İqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin inkişafı üzrə yüksəksəviyyəli nazirlərin görüşü” keçirilib VİDEO AZƏRTAC

COP29 çərçivəsində “İqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin inkişafı üzrə yüksəksəviyyəli nazirlərin görüşü” keçirilib VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 çərçivəsində “İqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin inkişafı üzrə yüksəksəviyyəli nazirlərin görüşü” keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda iqlimə davamlı kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Nazir bildirib ki, müxtəlif iqlim şəraiti, məhdud su ehtiyatları və Qarabağda yeni azad edilmiş torpaqların bərpası ilə bağlı layihələrin icrası ilə yanaşı, aqrar sahədə innovasiyaların tətbiqinə, bu istiqamətdə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Azərbaycanın iqlimə davamlılıq üzrə siyasət çərçivəsi torpaq və su ehtiyatlarının davamlı və düzgün idarə olunmasını ehtiva edir. Onun sözlərinə görə, Azərbaycan hökuməti iqlimə davamlı kənd təsərrüfatı təcrübələri vasitəsilə iqlim risklərini azaltmağa və su resurslarının səmərəliliyini artırmağa xüsusi önəm verir.

“İrriqasiya sistemlərinin müasirləşdirilməsi və quraq bölgələrdə suyun səmərəli idarə edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fermerlərin fəaliyyəti hərtərəfli dəstəklənir. Subsidiya proqramları, aşağı faizli kreditlər və investisiya qrantları fermerlərə iqlimə davamlı təcrübələrə keçmək, yeni texnologiyalar qəbul etmək, məhsuldarlığı artırmaq və ətraf mühitə təsirləri azaltmaq imkanı verir. Bu səylər fermerlərimizin bu günün çağırışlarına cavab vermək və sabahkı imkanlardan istifadə etmək üçün təchiz olunmasını təmin edir”, - deyə nazir bildirib.

Tədbirdə çıxış edən Uruqvayın kənd təsərrüfatı və heyvandarlıq naziri Fernando Mattos Kosta qeyd edib ki, iqlim dəyişikliyi fonunda məhdud torpaq və su resursları kənd təsərrüfatı məhsullarının istehsalı prosesinə təzyiq edir. Kiçik fermer təsərrüfatlarının inkişafının vacib olduğunu deyən uruqvaylı nazir bu istiqamətdə kənd təsərrüfatı istehsalçılarına hərtərəfli və lazımi dəstəyin vacib olduğunu vurğulayıb.

Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Əhməd Bağçı ölkəsində iqlim davamlılığını dəstəkləyən siyasət çərçivələri barədə məlumat verib. O, müxtəlif ölkələrdə ərzaq təhlükəsizliyinin təmini üçün kənd təsərrüfatı texnologiyasında yeniliklər, davamlı torpaq və su idarəetmə təcrübələri istiqamətində beynəlxalq əməkdaşlığın mühüm olduğunu vurğulayıb.

Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Ermek Kenzhehanuly ölkəsində müasir texnologiyalar əsasında dayanıqlı kənd təsərrüfatının qurulmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. O bildirib ki, kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi prosesində olan Qazaxıstan kənd yerlərini inkişaf etdirmək və onları dəyər zəncirinə inteqrasiya etmək üçün rəqəmsal texnologiyalardan yararlanır.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri