Icma.az
close
up
RU
Populyar pəhrizlərin iqlimə təsiri araşdırılıb AZƏRTAC

Populyar pəhrizlərin iqlimə təsiri araşdırılıb AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

Tulane Universitetində aparılan bir araşdırma populyar altı pəhrizin karbon izlərini müqayisə edərək, qidalanma sisteminin iqlimə təsirini hərtərəfli şəkildə qiymətləndirib.

AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, professor Dieqo Rouzun rəhbərliyi ilə aparılan bu tədqiqat həm ətraf mühitə təsir, həm də pəhrizlərin qida keyfiyyətini diqqət mərkəzinə çəkib. Məlum olub ki, qida istehsalı, xüsusilə mal əti, istixana qazı emissiyalarının təxminən üçdə birinə səbəb olur.

Araşdırma nəticələrinə görə, vegan pəhriz ətraf mühitə ən az təsir göstərən pəhrizdir: istehlak edilən 1000 kaloriyə yalnız 0,7 kiloqram karbon emissiyası yaranır. Buna qarşı olaraq, ən yüksək karbon izinə malik keto pəhriz eyni kalori miqdarı ilə təxminən 3 kiloqram karbon dioksid istehsal edir. Paleo pəhrizi isə yüksək karbon izi və aşağı qida keyfiyyəti ilə keto pəhrizini izləyib. Araşdırma nəticələrində göstərilib ki, vegetarian və peskatarian pəhrizlər veganizmdən sonra ətraf mühitə ən az təsir edən qidalanma tərzləridir. Ət və bitki əsaslı qidaları birləşdirən hərtərəfli pəhrizlər isə orta nəticə göstərib. Maraqlı bir nəticə ondan ibarətdir ki, əhalinin yalnız üçdə biri vegetarian pəhrizə keçərsə, bu, gündə 340 milyon avtomobil kilometrinə bərabər karbon emissiyasının azaldılmasına səbəb ola bilər. Digər tərəfdən, tərəvəz əsaslı Aralıq dənizi və ya DASH kimi ət məhdudlaşdıran pəhrizlər həm karbon izini azaldır, həm də daha yüksək qida keyfiyyəti təmin edir.

Araşdırma müəllifləri qeyd ediblər ki, ətdən tamamilə imtina etmədən də həm sağlamlığı, həm də karbon izini yaxşılaşdırmaq mümkündür. Professor Rouz bununla bağlı deyib: “İqlim dəyişikliyi dövrümüzün ən aktual problemlərindən biridir və insanlar getdikcə bitki əsaslı pəhrizə keçməyə maraq göstərirlər. Tədqiqatlar, siyasət müdaxilələrinin bu keçidlərə necə təsir edə biləcəyinə dair yol göstərici ola bilər. Bu tədqiqatın nəticələri həm fərdi qidalanma seçimlərinə, həm də dövlətlərin iqlim siyasətlərinə təsir edə biləcək dəyərli məlumatlar təqdim edir”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 04:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri