İqor Ponomaryov Sabah ın Avropa Liqasında potensial rəqiblərini dəyərləndirib
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah”ın idman direktoru İqor Ponomaryov komandanın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərini dəyərləndirib.
İdman.biz xəbər verir ki, o, "Report"a açıqlamasında Ukraynanın "Şaxtyor" klubunun daha təcrübəli olduğunu vurğulayıb.
"Avrokuboklarda asan rəqib yoxdur. Potensial rəqiblərin hər birinin böyük təcrübəsi var. Əlbəttə, "Şaxtyor" digər potensial rəqiblərlə müqayisədə daha təcrübəli və tanınmışdır. Lakin rəqibin kimliyindən asılı olmayaraq, komanda meydana yalnız qələbə üçün çıxmalıdır. Bu, futboldur və ambisiyalar olmalıdır", - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, paytaxt təmsilçisinin potensial rəqibləri "Şaxtyor” (Donetsk, Ukrayna), “Şerif” (Moldova), "Sele" (Sloveniya) və "Spartak"dır (Trnava, Slovakiya).
Raundun püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 İyun 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















