İqor Tudor “Tottenhem”ə gətirilir
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Xorvatiyalı mütəxəssis İqor Tudor mövsümün sonunadək “Tottenhem”in müvəqqəti baş məşqçisi ola bilər.
QOL.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Bildirilib ki, London klubu 47 yaşlı məşqçi ilə əlaqə saxlayıb və tərəflər arasında şifahi razılıq əldə olunub. Tudorun “Tottenhem”lə bağlayacağı müqavilədə uzunmüddətli çalışma variantı nəzərdə tutulmur.
Qeyd edək ki, fevralın 11-də “Tottenhem” baş məşqçi Tomas Frankı istefaya göndərib. Komanda İngiltərə çempionatında 26 turdan sonra 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Xatırladaq ki, Tudor mövsümün əvvəlində “Yuventus”u çalışdırıb və ötən ilin 27 oktyabrında vəzifəsindən ayrılıb. O, daha əvvəl “Marsel” və “Qalatasaray”da da baş məşqçi kimi fəaliyyət göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 13 Fevral 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















