Tottenhem İqor Tudorla sağollaşır?
Icma.az bildirir, Qol.az portalına istinadən.
"Tottenhem"in yeni baş məşqçisi İqor Tudorun klubdakı gələcəyi sual altına düşüb.
QOL.az xəbər verir ki, "Indykaila News" nəşrinin yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssis istefaya göndərilə bilər.
Məlumata görə, London klubu yaxın oyunlarda vəziyyət düzəlməsə, Tudorla yolları ayırmağı planlaşdırır. Rəhbərliyin artıq yeni namizədlər axtarışına başladığı bildirilir. Klub rəhbərliyi komandanın İngiltərə Premyer Liqasını tərk etmək təhlükəsi ilə üz-üzə qalmasından ciddi narahatdır.
Qeyd edək ki, İqor Tudor cari ilin fevralında komandanı çalışdırmağa başlayıb və mövsümün sonuna qədər müqavilə imzalayıb. Onun rəhbərliyi altında çıxdığı yeganə matçda "Tottenhem" öz meydanında "Arsenal"a 1:4 hesabı ilə uduzub.
Hazırda "Tottenhem" 27 turdan sonra topladığı 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 25 Fevral 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















