İqor Tudor “Tottenhem“də uğursuz debüt edən ikinci baş məşqçi olub
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərənin "Tottenhem" klubu Premyer Liqanın XXVIII turunda "Fulhem"ə 1:2 hesabı ilə məğlub olub.
Moderator.az xəbər verir ki, sözügedən nəticə "mahmızlar"ın yeni baş məşqçisi İqor Tudorun çempionatdakı ilk iki oyununu da uduzması ilə yadda qalıb və xorvatiyalı mütəxəssis bununla klub tarixində bu cür uğursuz start edən ikinci çalışdırıcıya çevrilib.
Komanda doğma meydanda uduzmaqla turnir cədvəlindəki vəziyyətini daha da qəlizləşdirib. Tudorun rəhbərliyi altında komanda hələlik Premyer Liqada qələbə qazana bilməyib.
Qeyd edək ki, buna qədər oxşar hal 2004-cü ildə yaşanmışdı. Həmin vaxt komandaya rəhbərlik edən Martin Yol ilk üç çempionat matçında məğlubiyyətlə üzləşmişdi.
Hazırda "Tottenhem" Premyer Liqanın turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. London təmsilçisi ötən mövsüm isə çempionatı 17-ci sırada tamamlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 02 Mart 2026 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















