Icma.az
close
up
RU
İqtisadçı alimlər Azərbaycanda aqroemal sənayesinin inkişaf problemlərini müzakirə ediblər

İqtisadçı alimlər Azərbaycanda aqroemal sənayesinin inkişaf problemlərini müzakirə ediblər

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun elmi seminarında Aqrar sektorun iqtisadi problemləri şöbəsinin aparıcı elmi işçisi iqtisad elmləri doktoru, dosent Yunus Sadıqov “Risk altında gələcək: iqtisadi diversifikasiyanın zəifliyi və aqroemal sənayesinin əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, professor Nazim Müzəffərlinin sədrliyi ilə aparılan seminarda məruzəçi iqtisadiyyatın diversifikasiyasında aqroemal sektorunun rolu haqqında danışıb. Bildirib ki, iqtisadiyyatın əsas sahələrinin, o cümlədən sənaye, kənd təsərrüfatı və xidmət sektorlarının effektiv və şəffaf şəkildə tənzimlənməsi dövlətin dayanıqlı inkişafına birbaşa təsir göstərir. Belə bir şəraitdə kənd təsərrüfatına və ona bağlı emal sənayesinə dövlət tərəfindən yenidən baxılması, bu sahələrin tənzimləmə mexanizmlərinin gücləndirilməsi və yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi zərurətə çevrilib. Bazar iqtisadiyyatına keçid və özəlləşdirmə prosesləri ilk baxışdan sistemin liberallaşmasına imkan yaratsa da, praktika göstərdi ki, kənd təsərrüfatı kimi strateji sahələrin inkişafında dövlətin məqsədyönlü müdaxiləsi və tənzimləyici rolu həlledici əhəmiyyət daşıyır. Bu da aqroemal sahəsinin davamlı inkişafı və milli ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yeni idarəetmə modellərinin tətbiqini gündəmə gətirir. Xüsusilə aqrar-sənaye kompleksinin səmərəli fəaliyyət göstərməsi yalnız kənd təsərrüfatı və sənaye sahələrinin bir-birinə inteqrasiyası ilə deyil, həm də bu prosesin düzgün tənzimlənməsi və iqtisadi əlaqələrin optimallaşdırılması ilə mümkündür. Kənd təsərrüfatı məhsullarının emalı sahəsi son yarım əsrdə yalnız iqtisadi strukturun texniki modernləşməsi baxımından deyil, həm də yeni istehsal və bazar əlaqələrinin yaranması baxımından strateji rol oynamışdır.

Y.Sadıqov bildirib ki, əmək resurslarının böyük hissəsinin aqrar sahədə cəmləşdiyi inkişaf etməkdə olan ölkələr üçün aqrar-sənaye kompleksinin, xüsusən də aqroemal sahəsinin inkişafı olmadan yüksək texnoloji iqtisadi sistemə keçid mümkün deyil. Emal sahəsi sadəcə məhsulun dəyərini artırmaqla qalmır, eyni zamanda, istehsal zəncirinin sabitliyini və ərzaq bazarında rəqabət qabiliyyətini gücləndirir. Üstəlik, bu sahənin inkişafı təbii ehtiyatların daha səmərəli istifadəsi və ekoloji sabitliklə sıx bağlıdır. Bu baxımdan, aqroemal sektorunun dövlət tərəfindən məqsədyönlü şəkildə tənzimlənməsi, yalnız iqtisadi deyil, həm də sosial və ekoloji əhəmiyyət daşıyan çoxşaxəli bir məsələdir.

Son illərdə Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması, daxili istehsalın gücləndirilməsi və idxaldan asılılığın azaldılması məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Xüsusilə 2020-ci ildə işğaldan azad olunmuş ərazilərin iqtisadi dövriyyəyə cəlb olunması perspektivi bu sahədə yeni imkanlar, eyni zamanda, ciddi çağırışlar doğurur. Y.Sadıqov hesab edib ki, həmin ərazilərdə aqroemal sahəsinin bərpası və müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılması, regionun sosial-iqtisadi dirçəlişi ilə yanaşı, ölkənin ümumi ərzaq təminatı sisteminə də strateji töhfələr verə bilər. Emal müəssisələrinin bu regionlarda təşkili həm logistik zəncirləri qısaldacaq, həm də regional bərabərliyi təşviq edəcək.

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Xüsusən də Azərbaycanda aqroemal sahəsinin formalaşması, inkişaf mərhələləri və müasir çağırışlar fonunda dövlət tənzimlənməsi kimi məsələlər əsas diskussiya mövzusu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see156

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see154

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri