Icma.az
close
up
RU
Azərbaycanda kazinoların yenidən bərpası məqsədəuyğundur İqtisadçı ekspert

Azərbaycanda kazinoların yenidən bərpası məqsədəuyğundur İqtisadçı ekspert

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Əyləncə və azart oyunları turizmi ölkəyə əlavə turist axını və maliyyə gətirə bilər


Son vaxtlarda Azərbaycanda turist axınını daha da artırmaq üçün kazinoların yenidən bərpa olunması təklif olunur. Bu məsələ həm iqtisadi baxımdan ölkəyə valyuta axınının artırılması, həm də yeni iş yerlərinin yaradılması kimi təqdim edilsə də, sosial, etik və hüquqi müstəvidə bir sıra ciddi suallar doğurur.


Ekspertlərin fikrincə, qonşu ölkələrdə (Gürcüstan, Rusiya, Türkiyə) kazinoların mövcudluğu xarici turistləri cəlb edir. Azərbaycan da bu sahəyə daxil olsa, müəyyən turizm seqmenti cəlb oluna bilər. Yəni nəzarət olunan kazinolar iqtisadiyyat üçün əlavə vergi gəliri və məşğulluq imkanları yarada bilər. Sözsüz ki, kazinoların fəaliyyətə başlaması bir sıra riskləri də özü ilə gətirə bilər. Əsas narahatlıqlar arasında qumar asılılığı, sosial problemlərin artması və cinayətkarlığın yüksəlməsi kimi məsələlər qeyd olunur. Bu səbəbdən, kazinoların fəaliyyətinə icazə verilməsi qərarı qəbul olunarkən, ciddi nəzarət mexanizmləri və hüquqi çərçivələr müəyyənləşdirilməlidir.


Bəs, bu təklif günümüzdə nə vəd edir?

Əvvəla onu deyək ki, bu məsələ zaman-zaman Milli Məclisdə də gündəmə gətirilib, deputatlar tərəfindən fərqli-fərqli təkliflər irəli sürülüb. Millət vəkili Razi Nurullayev bildirib ki, kazinoların fəaliyyətinə məhdudiyyətlər daxilində icazə verilməsi turizmin inkişafına töhfə verə bilər. O, kazinoların Bakıdan kənarda, məsələn, Kürdəmir kimi bölgələrdə yerləşdirilməsini və bu ərazilərin turizm mərkəzinə çevrilməsini təklif edir. Bu yanaşma, həm regionların inkişafına, həm də turistlərin cəlb olunmasına xidmət edə bilər. 

Deputat Qüdrət Həsənquliyev isə təklif edir ki, kazinoların Qarabağ və Zəngəzur bölgələrində, eləcə də Nargin adasında açılmasına icazə verilsin. Bu, həm turizm axınının artırılmasına, həm də regionların iqtisadi inkişafına xidmət edə bilər. 

Araşdırmaçı-jurnalist Xəqani Səfəroğlunun sosial media hesabında bu mövzuya dair geniş şərh yazıb. “Sherg.az”ın xəbərinə görə, tanınmış jurnalist qeyd edib ki, Azərbaycanda son illərdə qeyri-neft sektoruna “stavka” turizm sahəsini ölkə iqtisadiyyatının aparıcı sektorlarından birinə çevrilmə potensialı daşıyır. Bu kontekstdə kazino biznesinin ölkədə leqallaşdırılması və ya məhdud formalarda icazə verilməsi mümkün iqtisadi perspektiv kimi qiymətləndirilir: “Ölkədə kazino fəaliyyəti 1998-ci ildə qadağan edilib. Bu gün Azərbaycanda vəziyyət 28 il əvvəlki şərtlərdən fərqlidir. Turizm hədəfi bir sıra trendləri aktual məsələyə çevirir. Kazino biznesinə icazə verilməsi bu çağırışlardan biridir. Lakin burada əsas məsələ qanunvericilik sisteminin formalaşdırılmasıdır. Çünki Azərbaycan kimi ölkələrdə kazino incə və spesifik mövzu hesab olunur. İlk növbədə kazinoların dövlət üçün hansı faydalar gətirəcəyini düşünmək lazımdır“.


Burada müzakirə ediləcək məqam hansıdır?

“Kazino açmaq üçün ilk olaraq onun açılacağı yeri müəyyənləşdirmək lazımdır. Dünya təcrübəsinə görə, belə məkanlar məktəblərdən, təhsil və mədəniyyət ocaqlarından uzaq olmalıdır. Kazino yalnız xaricilər üçün fəaliyyət göstərə bilər. Kazino biznesinin leqallaşdırılmasından əvvəl bir sıra ciddi məqamlar nəzərə alınmalıdır. İlk növbədə, ciddi hüquqi çərçivə və dövlət tənzimlənməsi olmalıdır. Lisenziya məhdud qaydada təqdim olunmalı və daha kompakt ərazilərdə fəaliyyət göstərən turizm obyektlərinə verilməlidir. Kazino sektorunun müəyyən qaydalar çərçivəsində leqallaşdırılması bir sıra iqtisadi faydalar verə bilər.

Bu, turizmin inkişafını stimullaşdıracaq. Kazinolar xarici turistlər üçün cəlbedici amildir. Gəlir gətirən turizm regionlarında kazino infrastrukturu yaradılarsa, bu, turizm axınını artıra bilər. Bundan başqa, leqal kazino biznesi dövlət büdcəsinə əlavə vergi daxilolmaları təmin edə bilər. Bu, həmçinin yeni iş yerləri deməkdir. Kazino turizmi minlərlə iş yerinin yaradılmasına imkan verər”.


Bununla belə X. Səfəroğlu hesab edir ki, bu, ideya riskləri də daşıyır: 

“Kazino biznesinin leqallaşdırılması bəzi sosial və etik problemlər yarada bilər. Cəmiyyətdə sosial sabitliyə müəyyən neqativ təsir göstərə, cinayətkarlıq riski, bu sektorda qeyri-rəsmi fəaliyyətlərə şərait yarada bilər. Burada Azərbaycan cəmiyyətinin ənənəvi-mənəvi dəyərlərini də nəzərə almaq lazım gələcək. Bütün bunlar kazino biznesi üçün alternativ model olaraq “Məhdud Zona” sistemini təklif edə bilər. Kazino biznesi Azərbaycan üçün hələlik ehtiyatla yanaşılan məsələdir. Lakin iqtisadi diversifikasiya, turizm sektorunun inkişafı bu sahənin müəyyən şərtlərlə leqallaşdırılması dövlət üçün yeni imkanlar aça bilər. Bu prosesin sosial, etik və iqtisadi tarazlıqlar qorunmaqla idarə olunması vacibdir”.


İqtisadçı-ekspert Xalid Kərimli də Azərbaycanda kazinoların yenidən fəaliyyətə başlamasını turizmin inkişafı və iqtisadi baxımdan məqsədəuyğun hesab edir. O, “Sherg.az”a bildirib ki, əyləncə və azart oyunları turizmi ölkəyə əlavə turist axını və maliyyə gətirə bilər. Ekspertin sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi və turizm potensialı bu sahənin inkişafına imkan verir. O, xüsusilə Qarabağ bölgəsində turizm infrastrukturunun yaradılmasının əhəmiyyətini vurğulayaraq, bu ərazilərdə müxtəlif ulduzlu hotel və hostel komplekslərinin qurulmasının turizm sektoruna müsbət təsir göstərəcəyini qeyd edib. Kazinoların olmasını vacib hesab edən ekspert vurğulayıb ki, insanlar əylənmək istəyir: 


“Bunun üçün vətəndaşlarımız Gürcüstana, Rusiyaya, İsveçrəyə üz tutur. Bu da ölkədən ciddi şəkildə turist və maliyyə axını deməkdir. Mən bu fəaliyyətin tam bərpasının tərəfdarıyam. Hazırda ölkədə müxtəlif lotoreya oyunları rəsmi şəkildə təşkil edilir, bu lotoreya oyunları “azart” oyunlarının bir növüdür. Eyni zamanda turizm sektorunu inkişaf etdirmək üçün mütləq şəkildə azadlıqları bərpa etməliyik. Bir növ turistlər istirahət və əyləncə üçün yerlər seçərkən azadlıqların verildiyi məkanlara daha çox üstünlük verir. Kazinoların bərpası ölkənin turizm, əyləncə, ictimai-iaşə sektoruna çox müsbət təsir edəcək. Düşünürəm ki, bu sahənin leqallaşması həm ölkədən turist axınının qarşısını almaq, həm də ölkəyə turist axınını artırmaq baxımından olduqca vacibdir”.

Bundan əlavə, Xalid Kərimli qeyd edib ki, Azərbaycanın turizm sektorunun inkişafı üçün xidmət sahəsində fəaliyyətlərin təkmilləşdirilməsi və qiymətlərin aşağı salınması vacibdir. O, xidmət sahəsində çalışan şəxslərin dil biliklərinin artırılmasının da önəmini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 04:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri