Icma.az
close
up
RU
İqtisadçı Azərbaycanın neft hasilatının azalmasından danışdı

İqtisadçı Azərbaycanın neft hasilatının azalmasından danışdı

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"2010-cu ildə 50 milyon ton səviyyəsini keçən Azərbaycanın neft hasilatı sonrakı illərdə tədricən və ardıcıl şəkildə azalır. Bu azalma təsadüfi deyil və dalğalanma kimi də qiymətləndirilə bilməz".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, son illərin rəqəmləri göstərir ki, 2023-cü ildə hasilat 30,2 milyon ton səviyyəsinə enib, 2024-cü ildə isə bu göstərici daha da azalaraq 29,2 millyon ton olub:

"2025-ci ildə 28,5 və 2026-cı ildə 27,6 milyon ton kimi açıqlanan proqnozlar da eyni istiqaməti təsdiqləyir və neft hasilatında enişin davam edəcəyini göstərir. Son iki ilin proqnozlarında azalma tempi ildən ilə sürətlənir. 2025-ci ildə bu fərq 0,6 milyon tona yüksəlir, 2026-cı ildə isə artıq 0,9 milyon ton təşkil edəcəyi proqnoz edilir.  Bu adi riyazi ədədi silsilədir və silsilə fərqi mənfi 0,3 milyon tondur. Ədədi silsilə ilə hesablasaq,  2024-cü ildəki 29,2 milyon tonluq hasilatın 21 milyon ton səviyyəsinə enməsinin 2030-ci  ilə təsadüf edəcəyini görə bilərik.

Amma burada daha bir məsələ var ki, digər faktorlar nəzərə alınmır. Məsələn, bu gün neft hasilatının kəskin enməməsi üçün investisiyalar hesabına elə bir texnologiya tətbiq edilə bilər ki, bir neçə il sonra lay ehtiyatların azalması səbəbindən azalma daha kəskin ola bilər. Və ya əksinə, hansısa quyuların yenidən işə salınması, hansısa yataqların daha böyük investisiya hesabına və daha güclü texnologiya hesabına istismar edilməsi bu azalmanın tempini aşağı salar. Yəni, bütün bunlar artıq neft mühəndislərinin daha dəqiq bildiyi və etdiyi məsələlərdir".

İqtisadçı qeyd edib ki, bütün bu texniki dəyişənlərdən asılı olmayaraq dəyişməyən bir reallıq var ki, neft tükənir və Azərbaycan üçün neft amili əvvəlki onilliklərdəki həlledici rolunu tədricən itirir:

"Hasilatın azalması artıq mühəndislik və texnologiya məsələsi deyil. Bu artıq iqtisadi modelin dəyişməsi zərurətidir. Məhz buna görə də iqtisadi planlama yalnız bugünkü neft gəlirlərinə deyil, qarşıdakı illərin daha aşağı hasilat reallıqlarına söykənməlidir. Həmçinin, neft hasilatındakı azalma risk kimi yox, vaxtında düzgün oxunduğu halda yeni iqtisadi mərhələyə keçid üçün obyektiv siqnal kimi qəbul edilməlidir. Və əsas məsələ bu siqnalların gecikmədən real qərarlara çevrilməsidir".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Yanvar 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri