Icma.az
close
up
RU
Azərbaycanın hədəfi iqtisadi diplomatiyanı daha da şaxələndirməkdir İqtisadçı

Azərbaycanın hədəfi iqtisadi diplomatiyanı daha da şaxələndirməkdir İqtisadçı

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Eldəniz Əmirov: “Sənaye zonaları, aqrar sektor, turizm və təhsil xarici investorlar üçün açıqdır”


Prezident İlham Əliyevin himayəsi altında Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işinə başlayıb. İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forumda dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorlar iştirak edir. Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov forum iştirakçılarına Prezident İlham Əliyevin müraciətini oxuyub.

 Müraciətdə qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub: "Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin Müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşmüş, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaratmışdır. Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir". 

 Qeyd edək ki, forum Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal bir platforma təqdim edir. Burada iştirakçılar yeni qlobal rəqabətlilik paradiqmalarına dair dəyərli biliklər əldə etməklə yanaşı, yüksəksəviyyəli əlaqələr qurmaq, strateji sazişlər bağlamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq imkanları qazanacaqlar. Tədbirin çərçivəsində plenar iclaslar, institusional və panel sessiyalar, tematik müzakirələr, ölkəmizin investisiya imkanları və potensialına dair sərgi keçiriləcək. İki gün davam edəcək forumda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak sahələrində regional əməkdaşlıq və investisiya perspektivləri müzakirə olunacaq. Forumun ilk günündə regionların strateji inteqrasiyası, tranzit imkanları, enerji və infrastruktur layihələri, innovasiyalar, yaşıl enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularında plenar iclas və dörd panel sessiyası baş tutacaq. Tədbirin ikinci günü isə dövlət-özəl tərəfdaşlığı, maliyyə, səhiyyə, biotexnologiya, əczaçılıq və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, yaşıl keçid, eləcə də sahibkarlığın inklüzivliyi mövzularına həsr olunan panel sessiyaları keçiriləcək.


İqtisadçı-ekspert Eldəniz Əmirov Sherg.az-a bildirib ki, 2020-ci ildən sonra Azərbaycan sözün həqiqi mənasında dünyaya tamamilə tərəfini göstərdi. Ekspert vurğulayıb ki, Azərbaycan dünya ölkələrinin diqqətini özünə cəlb etməyi bacardı: 

"Biz bunu ölkələr arasında multivektoral siyasi münasibətlərdə görürük. Hazırda cənab Prezidentin də qeyd etdiyi kimi bilavasitə iqtisadi yöndə diplomatiyanın sürətləndirilməsi və şaxələndirilməsinə böyük ehtiyac var. Əslində, bir neçə ildir ki, Azərbaycan hökumətinin həm Avropa, həm Asiya, eyni zamanda Ərəb Liqası ölkələri ilə hökumətlərarası səviyyədə işçi qrupların yaradılması, mövcud potensialların müzakirə olunması onu deməyə əsas verir ki, hökumətin hazırkı hədəfi iqtisadi diplomatiyanın daha da şaxələndirilməsi, genişləndirilməsidir. Bunun üçün imkanlar varmı? Təbii ki, imkanlar var. Azərbaycanın 2023-cü illə müqayisədə 2024-cü ildə qeyri-neft sektoru üzrə olan ticarət kəsirində artımlar müşahidə olunmuşdu. Çünki Azərbaycan yetəri qədər idxaldan asılı bir ölkədir. Bu da qeyri-neft sektorumuzda ticarət dövriyyəsində müəyyən problemləri ortaya çıxarır. Bu ilin birinci yarısında Azərbaycana böyük həcmdə investisiya cəlb olunub. Onun tərkibinə baxsaq, görərik ki, böyük həcmdə neft-qaz sektorunu əhatə edir. Neft-qaz hasilat həcmlərinin saxlanılması üçün xarici şirkətlərin ölkəmizə investisiya həcmləri artıb. Amma bizə qeyri-neft sektorunun inkişafı lazımdır. Azərbaycan həm sənaye zonaları, parkları, sənaye məhəllələri, aqrar sektordakı potensialı ilə, turizm, hətta təhsil və səhiyyə sektoru belə investisiyalar üçün açıq və bu investisiyaları absorbsiya edəcək səviyyədədir. Bu baxımdan düşünürəm ki, Azərbaycanda xarici investorlar üçün münbit şəraitin yaradılması ölkəmiz üçün müsbət dividendlər vəd edir". 


İqtisadçı əlavə edib ki, Azərbaycanda investisiya üçün əlverişli mühit var: 

"Rəqabət Məcəlləsi qəbul olunub. Kiçik və Orta Sahibkarlıq və Dövlət Özəl Tərəfdaşlıq haqqında qanunlar qəbul edilib və s. Çin Orta Asiya ölkələrinə kifayət qədər investisiya yatırır. Biz Özbəkistanda istehsal olunan məhsulları idxal edirik. Bu şərait Azərbaycanda da yaradıla bilər. Çünki Azərbaycanın həm xammal resursları, həm də işıq qüvvəsi, həm də coğrafi kordinantlarımız buna imkan verir. Hər investor bilavasitə siyasi və hərbi təhlükəsizliyi hədəf götürür. Azərbaycanda da bunlar yüksək səviyyədədir. Həmçinin, yerli bazarımız da boşdur və idxaldan asılıdır. Mövcud dəhliz infrastrukturumuz qonşu ölkələrlə müqayisədə daha yüksək səviyyədə qurulub, inşa edilib". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Sentyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri