İqtisadçıdan Maskın Azərbaycana satdığı internetlə bağlı açıqlama: Ümid edirəm ki, bundan sonra...
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"“Starlink” peyk interneti artıq Azərbaycan üçün aktiv edilməsi yaxşı xəbərdir, məni pozitiv mənada təəccübləndirən məsələ həm də qiymətlər oldu – ən azından Gürcüstan və Ermənistanla müqayisədə bizdə qiymətlər aşağıdır".
Mia.az xəbər verir ki, bu məlumatı iqtisadçı Natiq Cəfərli sosial media hesabında yazıb.
O bildirib ki, Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün “Starlink Mini Kit” və ya “Starlink Standard Kit” cihazlarından birini əldə etməlidirlər: "Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması 50 manatdır. Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib. Gürcüstanda avadanlıq 1780 lari (1094 manat), çatdırılma 235 lari (145 manat), aylıq abunə haqqı isə 160 laridir (98 manat). Ermənistanda cihazın özü və çatdırılması 499 dollar (848 manat), aylıq abunə haqqı 99 dollardır (168 manat). Ümid edirəm ki, bundan sonra Azərbaycanda qiymət artırmazlar, hərçənd, bizimkilərdən nə desən, gözləmək olar…”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 30 Mart 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















