Azərbaycana gedirəm, ümid edirəm ki... Ərdoğan
Icma.az, Axar.az saytına istinadən bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ilə bağlı açıqlama verib.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanda 8 Noyabr Zəfər Günüdür. Fövqəladə bir hal baş verməzsə, həmin gün Azərbaycana səfər etməyi planlaşdırıram. Ümid edirəm ki, bu səfər vasitəsilə zəruri addımların atılması üçün bir fürsət yaranacaq. Mən artıq Azərbaycan Prezidenti cənab İlham Əliyevlə telefon danışıqları aparmışam. Bununla yanaşı, həm Milli İstehbarat Təşkilatının rəhbərini, həm də xarici işlər nazirini Azərbaycana göndərmişəm. Bundan əlavə, həm cənab Əliyevlə, həm də xanımlarımız arasında fəal "telefon diplomatiyası" davam edir. Onlar 8 noyabr – Zəfər Gününə böyük əhəmiyyət verirlər.
Həmişə dediyim kimi, Azərbaycanla münasibətlərimiz adi diplomatik əlaqələrdən qat-qat üstündür. Xalqlarımız arasındakı sarsılmaz bağ ortaq tariximizin, mədəniyyətimizin və taleyimizin – eləcə də, inşallah, ortaq gələcəyimizin məhsuludur. Allahın köməyi ilə, Türkiyə və Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur”, - Ərdoğan əlavə edib.
Baxış sayı:55
Bu xəbər 05 Noyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















