Icma.az
close
up
RU
İqtisadçıdan maaşlarla bağlı mühüm açıqlama

İqtisadçıdan maaşlarla bağlı mühüm açıqlama

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 098,3 manat təşkil edib. Orta maaşın bu səviyyədə olması əhalinin gündəlik xərclərini qarşılamaq imkanlarını yenidən gündəmə gətirir. Xüsusilə ərzaq, kirayə, kommunal və nəqliyyat xərcləri nəzərə alındıqda 1 098 manatlıq gəlirin bir nəfərin normal yaşayışı üçün nə dərəcədə yetərli olduğu müzakirə olunur.
Bəs bir nəfərin normal və rahat yaşaması üçün Azərbaycanda real olaraq aylıq nə qədər gəlir lazımdır?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, vətəndaşın normal yaşaması anlayışı dəyişəndir.
Onun sözlərinə görə, hər kəsin öz normalı, hər ölkənin isə müəyyən etdiyi həyat standartları və meyarları vardır:
“Eyni zamanda burada digər məsələ ortaya çıxır: söhbət harada yaşayan vətəndaşdan gedir? Paytaxtda, regionda, kənddə, yoxsa ucqar ərazidə yaşayan vətəndaşdan söhbət gedir?
Bundan başqa, vətəndaşın ailə statusu, yalnız bu gəliri öz rifahı üçün sərf edib-etməməsi, himayəsində insanların olub-olmaması, mənzilinin olması, öz evində qalması, yoxsa kirayə yaşaması kimi bir çox amil məhz bu müqayisənin aparılması üçün nəzərə alınmalıdır.
Buna görə də bu məsələyə sadə və daha geniş yanaşma ortaya qoymaq olar. Sadə yanaşma ondan ibarətdir ki, Azərbaycanda hökumətin təsdiq etdiyi ehtiyac meyarı 310 manatdır. Yəni bu ehtiyac meyarı ilə müqayisədə müvafiq orta aylıq əməkhaqqı təxminən üç dəfə yarım artıqdır. Yəni bu aspektdən, əgər qazandığı pulu yalnız özünə xərcləyəcəksə, ehtiyac meyarı və yaxud yaşayış minimumu ilə müqayisədə daha yaxşı şərtlərdə yaşamaq imkanı vardır.
Lakin təbii ki, bu yaşayış minimumu həddinin müəyyən edilməsi metodologiyasının özü mübahisəli məsələdir. Bu, başqa bir aspektdir.
Bununla belə, məsələyə daha mürəkkəb yanaşsaq, vətəndaş, deyək ki, Bakı şəhərində yaşayır və işləyirsə, bu zaman vəziyyət tamamilə dəyişir.
Çünki əgər vətəndaş kirayə qalırsa, təxminən 350-650 manat arasında kirayə xərclərini nəzərə alsaq, vətəndaş ictimai nəqliyyatdan istifadə edirsə, təxminən ay ərzində bu məqsədlə 100 manata qədər xərcinin olduğunu nəzərə alsaq, vətəndaş iş zamanı qidalanma üçün ay ərzində orta hesabla 150-200 manat xərcləməlidir”.
İqtisadçı əlavə edib ki, bu kontekstdə məsələni qiymətləndirsək, artıq 1 100 manatlıq orta aylıq əməkhaqqının çox az olduğu görünür:
“Yəni digər xidmətlərdən və məhsullardan istifadə imkanı, kommunal xidmətlər üzrə ehtiyacın ödənilməsi, şəxsi, fərdi inkişaf proqramlarından istifadə və s. üçün imkan qalmır.
Ona görə də burada məsələ kifayət qədər mürəkkəbdir və bu kontekstdə məsələnin birmənalı qiymətləndirilməsi çətindir.
Amma başqa bir yanaşma, metodologiya qoyub buna baxsaq, biz region ölkələri ilə müqayisə edəndə Azərbaycanda orta aylıq əməkhaqqının aşağı olduğunu görürük.
Yəni Azərbaycan vətəndaşı region ölkələri ilə müqayisədə daha az aylıq gəlir əldə edir və bu, onun sosial təminat aspektindən daha zəif mövqedə olmasını göstərir. Bu isə həmin istiqamətdə çağırışlar yaradır.
Yəni buna görə də düşünürəm ki, bu sualı birmənalı şəkildə cavablandırmaq çox çətindir. Orta aylıq əməkhaqqı daha yüksək olmalıdır. Mövcud iqtisadi potensial və resurslar daha yüksək gəlirlərə imkan verir.
Eyni zamanda, təbii ki, gəlirlərin bölüşdürülməsi mexanizmləri təkmilləşdirilməlidir, əmək bazarında tələbin artırılmasına yönəlmiş tədbirlər genişləndirilməli, iqtisadiyyat liberallaşmalı, iqtisadiyyatda əməyə tələb artmalı və dolayısı ilə də bu, öz-özlüyündə əməkhaqqı səviyyəsinin artırılması istiqamətində imkan və əlverişli konyunktura formalaşdırmalıdır və s.”, - deyə Rəşad Həsənov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Sentyabr 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri