Icma.az
close
up
RU
Qızıl iki il ərzində ciddi dəyər itirə bilər İqtisadçıdan ŞOK PROQNOZ

Qızıl iki il ərzində ciddi dəyər itirə bilər İqtisadçıdan ŞOK PROQNOZ

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qızıl bahalaşmaqda davam edir. Bu qiymətli metalın qiyməti çərşənbə günü, oktyabrın 30-da bir unsiya üçün 2800 dollar həddini keçib və yeni rekord vurub.

AZƏRTAC “Comex” birjasına istinadla xəbər verir ki, Avstraliyanın “Commonwealth Bank”ının (AMB) analitiki Vivek Dharın sözlərinə görə, qızılın qiymətinin artması ABŞ-da prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik fonunda ən etibarlı aktivlərə tələbin ümumi artımı ilə bağlıdır.



Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, qızılın dünya bazarında baha olmasının başlıca səbəblərindən biri dünyadakı artan infliyasiya göstəriciləridir:


“Digər bir tərəfdən ABŞ və Mərkəzi Avropa banklarının faiz dərəcələrinin yüksək tutması, nəticə etibarı ilə qızılın qiymətinin yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda infliyasiya risklərinin hər gün artması investorların qızılı daha çox sığınacaq olaraq görməsinə səbəb olur və qızıl alışları artır. Nəticə etibarı ilə də bu qiymətlərin çoxalmasına gətirib çıxarır. Digər bir tərəfdən siyasi gərginliklər, həm yaxın Şərqdəki savaşlar, eyni zamanda Avropanın əsas iqtisadi göstəricilərindəki azalma və infliyasiyanın yüksəlməsi qızılın etibarlı yatırıma çevrilməsinə səbəb olur.  Ancaq yaxın günlərdə prosses həm ABŞ -da olan seçkilərin nəticəsindən, həm də noyabr ayının 7 də FED -in verəcəyi qərardan asılı olacaq. Əgər FED faizləri yüksək tutarsa, qızıl ucuzlaşacaq, ancaq uçot dərəcəsini aşağı salacaqsa, o zaman qızılın qiyməti dəyişəcək. Bu baxımdan qızıl hər zaman olduğu kimi bu gün daha çox “güvənilən yatırım” statusunu qazanaraq bahalaşıb. Dünyanın bir çox ölkələrində böyük savaşların çıxma ehtimalları, və bununla bağlı müzakirələr əksər dövlətlərin qızıl alışlarını artırıb. Ancaq biz Amerikada Donald Trampın qalib gəlməsindən sonra verdiyi vədlərə əməl edəcəyi təqdirdə qızılın ucuzlaşacağını müşahidə edə bilərik. Tramp 24 saat ərzində Rusiya-Ukrayna savaşını və yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinin dayandıracağını vəd edib. Bu vədlər olacaqsa, siyasi sabitlik yaranacaqsa, eyni zamanda Amerika böyük investisiya layihələrini həyata keçirməyə başlayacaqsa, nəticə etibarı ilə qızıldan çox daha aktiv gəlir gətirən sahələrə yatırımlar edilməyə başlayacaq. Bu isə qızılın qiymətinin düşməsi ilə nəticələnəcək. Azad və Loyal iqtisadi münasibətlər, liberal investisiyaların əhatə dairəsinin genişlənməsi, nəticə etibarı ilə qızılın cəlbediciliyini azaldacaq. Bununla da qızıla olan tələbatın aşağı düşəcəyi gözlənilir. Gözləntilər ciddi azalma kimi müşahidə edilməyəcək. Təxminən 1 unsiya 100 və yaxud da 200 dollar (0.7%) civarında olacaq. Qızıla olan tələbatın azalması, qiymətin isə aşağı düşməsi Azərbaycan bazarına da müəyyən mənada təsir göstərəcək. Qızılın 2900 dollardan 2500 dollara qədər olacağını yaxın gələcək üçün proqnozlaşdırmaq çətindir. Bu zamanla olan prosesdir. Ola bilsin ki, qızıl iki il ərzində ciddi dəyər itirsin. Ancaq yaxın aylar üçün qızıl ucuzlaşsa da bu özünü bazarda dərhal göstərməyəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri