Icma.az
close
up
RU
İqtisadçıdan Tarif Şurasına SƏRT SÖZLƏR: Təzyiq altında qərar qəbul edirlər və...

İqtisadçıdan Tarif Şurasına SƏRT SÖZLƏR: Təzyiq altında qərar qəbul edirlər və...

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Xəbər verdiyimiz kimi Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə yeni qiymətlər müəyyənləşdirilib. Qazın və elektrik enerjisinin qiymətləri artıb. Bununla yanaşı, digər xidmətlərdə də qiymət artımı öz əksini tapıb.

Bu dəyişikliklər və onların iqtisadi təsirləri barədə Moderator.az-a danışan iqtisadçı Elçin Rəşid bildirib ki, Tarif Şurası hesablama aparmaq qabiliyyətinə malik deyil:

“Tarif Şurası qərarlarını əsasən kommunal xidmət göstərən şirkətlərin təsiri və təzyiqi əsasında qəbul edir. Həmin şirkətlər isə fəaliyyətlərini şəffaf qurmadığından, hər hansı dəqiq hesablama aparmaq mümkün deyil. Bu əsasda həmin şirkətlər qeyri-şəffaflıq korrupsioner transaksiyaların baş verməsini mümkün edirlər. Həmin qurumlar qeyri-şəffaf fəaliyyətlə xərclərini şişirdərək süni kəsir yaradırlar və bu kəsirin dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsinə nail olurlar. Hər dəfə də bunun əsasında qiymətlərin artırılması zərurəti irəli sürülür. Maliyyə Nazirliyi və digər dövlət qurumları bu vəziyyəti qəbul edir və nəticədə qiymətlərin artırılmasına şərait yaradılır. Təzyiqlər altında qəbul edilən qərarlar iqtisadi hesablamalardan deyil, siyasi proseslərdən asılıdır. Bu vəziyyətdə yeganə hesablanabilən durum budur: qiymətləri neçə faiz artırsaq, gələn il büdcə kəsirini necə maliyyələşdirə bilərik? Belə qərarlar iqtisadi əsaslara deyil, tamamilə siyasi məqamlara söykənir. İqtisadi analiz və metodologiya arxa planda qalır, nəticədə şəffaflıqdan uzaq proseslər davam edir. Odur ki, ölkədə iqtisadçılardan daha çox daxili siyasəti öyrənən siyasətçilərin olması faydalı olardı. Onlar hazırkı daxili siyasi vəziyyəti analiz edərək belə suallara cavab tapa bilərdilər: ölkədə vəziyyət necədir, kim qərar qəbul edir, kimlərdən asılıdır, narazılıq yaradan amillər hansılardır, kimlər bu proseslərdən qazanır, kimlər itirir? Hazırkı siyasi və iqtisadi qərarların arxasında duran motivlər və təsir mexanizmləri məhz bu cür yanaşmalarla aydınlaşdırıla bilər".

“Maaş artımları məsələsində isə inflyasiyaya diqqət yetirilməlidir. Ölkədə ciddi inflyasiya fonunda maaş artımları nominal rəqəmlərlə təqdim edilir, yəni inflyasiyanın təsiri nəzərə alınmır. Halbuki, beynəlxalq iqtisadi metodologiya maaş artımlarını real rəqəmlərlə göstərməyi tələb edir. Real rəqəmlər əsasında hesablandıqda maaşların artımı, əslində, təqdim edilən qədər yüksək görünmür”,- deyə iqtisadçı şərh edib.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri