Icma.az
close
up
RU
İqtisadçıdan nazirə şok sözlər

İqtisadçıdan nazirə şok sözlər

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllimlərin “tam ştatlı” statusla və indikindən daha yüksək maddi şərtlərlə dərs yükündən əlavə saatlarda da iş yerində olmasını nəzərdə tutan yeni mexanizm inkişaf etmiş ölkələrdə artıq uzun illərdir tətbiq edilir. Lakin artıq Avropa, Yaponiya, ABŞ iş yükünün ağırlığından şikayət etməsi səbəbindən bu sistemdən imtina etməyə hazırlaşır.

Tribuna-nın məlumatına görə, bu barədə danışan iqtisadçı Rövşən Ağayev bildirib ki, artıq təhsil sektorunun “ekpseriment dovşanı”na çevrilməsi üçün vaxt limiti bitib. Yəni təkilf olunan mexanizmin bütövlükdə təhsilin inkişafına hansısa töhfəni verib-verməyəcəyi mümkün olduğu qədər dəqiq qiymətləndirilməlidir:

“OECD-nin tədris və öyrənmə ilə bağlı beynəlxalq miqyasda keçirdiyi sorğunun (TALIS) nəticələrinə görə təşkilata üzv ölkələrdə müəllimlərin həftəlik iş saatı 38,8 saat təşkil edir – gündəlik orta hesabla 8 saata yaxın. Bunun da yalnız 60%-i (təxminən 21 saat) sinif otaqlarında dərs deməyə sərf edilir. Yerdə qalan zaman qeyri-tədris fəaliyyətinə (dərsə hazırlıq, valideynlərlə müzakirələr, topmatılar, qiymətləndirmə fəaliyyəti və s.)
Məsələ “o əjdahdanın niyə bizdə olub-olması”nda deyil.
Vacib olan budur ki, artıq təhsil sektorunun “ekpseriment dovşanı”na çevrilməsi üçün vaxt limiti bitib. Təkilf olunan mexanizmin nəticə əsaslı idarəetməyə keçidə, bütövlükdə təhsilin inkişafına hansısa töhfəni verib-verməyəcəyi mümkün olduğu qədər dəqiq qiymətləndirilməlidir.
Prosesə bütün maraqlı tərəflər, xüsusən müəllimlər aktiv şəkildə cəlb olunmalı, bütün tənqidi rəylər səbirlə, kobud və aşağılayıcı tərzdən uzaq bir tərzdə dinlənilməlidir.
Avropada, Yaponiyada, ABŞ-da müəllimlərin məktəbə bağlı iş saatlarının yüksək olması faktdır, amma son illər bu coğrafiyalarda müəllimlərin böyük əksəriyyətinin iş yükünün ağırlığından şikayət etməsi, hökumətləri bu sahədə islahatlar aparmağa çağırmaları da faktdır. Biz artıq köhnə, müəyyən narazılıq doğuran və dəyişiklik tələb edilən modeli mütərəqqi sistem kimi indi tətbiq etmək istəyirik.
2018 və 2024-cü illərdə yayılan 2 TALIS-in nəticələri də iş yükünün ağırlığı, bunun müəllimlərin sağlamlığına ciddi şəkildə ziyan vurduğunu, xüsusən gənclər arasında müəllim peşəsindən uzaqlaşma meyllərini gücləndirdiyi göstərir. TALIS-in ortaya çıxardığı əsas nəticələrdən biri budur ki, uzun iş saatının içərisində keyfiyyətli, nəticəyə aparacaq məzmunlu fəaliyyət, qeyri-tədris saatlarını planlaşdırmaq üçün müəllimin azadlığı yoxdursa, ancaq adminstrativ əmirləri yerinə yetirməyə sərf olunursa, bu sadəcə formal və yorucu bir mexanizmə çevrilir.
TALIS-in nəticələrinə görə, müəllimlər üçün inzibati iş yükünün çoxluğu onların məhsuldarlığını xeyli dərəcədə aşağı salır”.

İqtisadçı bildirib ki, orta təhsilə görə dünyada model sayılan Finlandiyada orta həftəlik iş saatı 32 saatdır və bu OECD-nin orta göstəricisindən (38,6 saat) xeyli aşağıdır:

“Finlandiyada orta təhsildə muxtariyyət genişdir və iş saatları bölgədən-bölgəyə, məktəbdən-məktəbə görə fərqlənə bilir. Sistem çevikdir, spesifik şərait və şərtləri nəzərə ala bilir. Müəllimə böyük etimad var, hətta müqavilədə göstərilən iş qeyri-tədris saatlarının müəyyən hissəsini evdən, kitabxnadan belə işləyə bilər. Tutaq ki, hesabat yazmalı, qiymətləndirmə aparmalıdır, onu evdən də edə bilər. Əsad odur ki, inzibati heyət ödhəliyin icrasını təhvil ala bilsin.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, müəllimlər üçün “tam iş gününə bağlı” iş rejiminin effektiv və nəticəli mexanizm olması üçün ölkədəki iqtisadi şərtlər və təhsil mühiti buna zəmanət verməlidir. Söhbət hansı şərtlərdən gedir?
Bu sistemin məqsədi aydın olur. Yəni, “bunu edəcəyik, müəllimi məcburi qaydada məktəbə bağlayıb repetitorluğun axırına çıxacağıq” kimi məqsəd doğru seçilməmiş və nəticəyə aparacaq məqsəd deyil. Qeyri-tədris saatlarının tətbiqi müəllimlərin peşəkar inkişafına, fəal pedoqoji müzakirələrə artmasına imkan yaratmalıdır.
Müəllimləri tədrisdənkənar saatlarda məktəbə bağlayan mexanizmin işlək və nəticəli olması üçün hər bir müəllimin fərdi, eləcə də onların komanda şəklində işləməsi üçün uyğun infrastruktur (rahat və səssiz iş otaqları), texniki təminat (kompüter, internetə çıxış və s.). Yüksək maddi şərtlər də öz yerində – yəni hökumətin müəllimə yüksək maaş verməyə büdcəsi və istəyi varmı?
Bunlar olmadıqda yorucu və uzun iş rejimi müəllimlərdə mental problemlərlə müşayiət olunan “tükənmişlik”, peşədən imtina hissini gücləndirir.
Məsələn, maraqlıdır, bu gün Azərbaycanda olan orta məktəblərin neçə faizi bu cür iş rejiminə hazırdır? İri şəhərlərdə şagird sıxlığının yüksək olması səbəbindən 2, hətta 3 növbəli rejimdə səhərdən axşama tədrislə yüklənən məktəblərdə müəllimlər qeyri-tədris zamanını necə, hansı şərtlərdə işləyəcəklər? Pis infrastruktura malik kənd məktəbləri də bir ayrı mövzudur. Pis nəqliyyat infrastrukturu səbəbindən günün az qala 2-3 saatını yollarda keçirib əldən düşən müəllimlərin də vəziyyəti bir ayrı dərddir”.

R.Ağayevin fikrincə, Azərbaycan təhslinin ən böyük problemli nəticəəsaslı idarəçiliyin, maliyyələşmənin yoxluğudur:

“Deyəsən belə iddialar var ki, “tamştatlı iş rejimi” modeli məhz bu məqsədə xidmət edir. Halbuki bu mödelə qədər nəticəəsaslı menecment üçün görüləsi hələ xeyli iş var və son 3 ildə nəticəəsaslı büdcə mexanizmi üçün 3 pliot sahədən biri kimi təhsil sisteminin idarəçiləri bu işləri görməli idilər”.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Noyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri