Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

İqtisadi əməkdaşlıq inkişaf edir

İqtisadi əməkdaşlıq inkişaf edir

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ATİB-in təşkilatçılığı ilə “Suveren Azərbaycan – Biznesdə yeni cığır” mövzusunda konfrans keçirilib

Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) “Suveren Azərbaycan – Biznesdə yeni cığır” mövzusunda konfrans keçirib. Konfransda Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, dövlət rəsmiləri, iş adamları və media nümayəndələri iştirak edib.

Şəhid övladlarından ibarət “Zəfər sədası” uşaq xorunun ifası

ATİB-dən verilən məlumata görə, tədbir Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbir zamanı

Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin rəsmi hissəsinə başlamazdan öncə şəhid övladlarından ibarət “Zəfər sədası” uşaq xorunun ifası dinlənilib.

Mürsəl Rüstəmov: Məqsəd ATİB-in üzvlərinin fəaliyyətini geniş ictimaiyyətə təqdim etməkdir

Məlumata əsasən, konfransda ATİB sədri Mürsəl Rüstəmov çıxış edərək bildirib ki, təşkilat üzvləri həm tikinti və infrastruktur layihələrində, həm də sosial layihələrdə yaxından iştirak edib, eyni zamanda işğaldan azad olunmuş ərazilərə sərmayə qoymaqla yeni iş yerləri yaradıb, iqtisadiyyatın inkişafına təkan veriblər: “Bu gün məqsəd ATİB-in üzvlərinin fəaliyyətini geniş ictimaiyyətə təqdim etmək, ATİB olaraq Azərbaycanın inkişafı və rifahı naminə bütün fəaliyyətlərdə əlimizdən gələni əsirgəmədiyimizi və bundan sonra da əsirgəməyəcəyimizi nümayiş etdirməkdir. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvləri də Qarabağın yenidən qurulması və bərpası prosesindən kənarda qalmayıb, hər biri müvafiq sahədə aparılan işlərə öz töhfələrini veriblər”.

Mürsəl Rüstəmov

M.Rüstəmov deyib ki, Türkiyə Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olub, siyasi və mənəvi dəstək göstərib, tarixi qardaşlıq bağlarımız strateji müttəfiqlik mərhələsinə yüksəlib: “Müharibədən sonrakı dövrdə də qardaş ölkənin şirkətləri Qarabağın bərpasına ilk qoşulanlardan olub”.

Orxan Məmmədov: Bu proseslər biznes üçün də aydın və proqnozlaşdırılan mühit formalaşdırır

Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edib. KOBİA sədri deyib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri paralel şəkildə iqtisadi həyatın formalaşmasına zəmin yaradır. Onun sözlərinə görə, dövlət bu ərazilərdə infrastruktur qurur, yaşayış məntəqələri salır, enerji və nəqliyyat təminatını yaradır: “Bu proseslər biznes üçün də aydın və proqnozlaşdırılan mühit formalaşdırır. KOBİA olaraq biz bu prosesdə sahibkarın yanında olmağı prioritet hesab edirik. Məqsədimiz təşəbbüslərin təşviqi ilə yanaşı, onların real iqtisadi dövriyyəyə çevrilməsinə dəstək verməkdir. İşğaldan azad olunmuş ərazilərlə bağlı KOBİA ya daxil olan minlərlə müraciət bunu açıq şəkildə göstərir. Bu müraciətlər sahibkar marağının ölçüsünü və bazarın gözləntisini əks etdirir”.

Orxan Məmmədov

Orxan Məmmədov qeyd edib ki, bu mühit birgə layihələrin, ortaq investisiyaların və yeni əməkdaşlıq modellərinin yaranmasına şərait yaradır: “İşğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin fəal iştirakı da bu əməkdaşlığın real nəticəsidir. KOBİA həm də Türkiyənin bölgələri ilə biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir”.

Məmməd Musayev: Türkiyə bizim üçün sadəcə ticarət tərəfdaşı deyil – strateji müttəfiq, qardaş ölkə və ortaq iqtisadi taleyə sahib tərəfdaşdır

Konfransda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, cari ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard manatdan çox və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal edilib, əlavə dəyər iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,2 faiz artıb.

Məmməd Musayev

Onun sözlərinə görə, iqtisadi artım işgüzar aktivliyin və sahibkarların sayının ildən-ilə artmasına səbəb olub. 2019-cu il yanvarın 1-i ilə müqayisədə 2025-ci il noyabrın 1-i tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 min nəfərdən çox olub: “Qeyri-neft sektorunun genişlənməsi, sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması və dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atılır. Bu siyasətin mərkəzində isə sahibkarlığın inkişafı dayanır. Bu kontekstdə Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı xüsusi yer tutur. Türkiyə bizim üçün sadəcə ticarət tərəfdaşı deyil – strateji müttəfiq, qardaş ölkə və ortaq iqtisadi taleyə sahib tərəfdaşdır. Bizim bizneslərimizin dili, mədəniyyəti, riskə baxışı və gələcək ambisiyaları üst-üstə düşür”.

Birol Akgün: İki qardaş ölkə arasında əməkdaşlıq hər keçən gün daha da dərinləşir

Konfransda çıxış edən Türkiyənin Azərbaycandak səfiri Birol Akgün iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi və ticarət sahəsində əməkdaşlığın hər keçən gün daha da dərinləşdiyini deyib.

Birol Akgün

O, qeyd edib ki, bu prosesdə hər iki ölkənin iş adamları da fəal rol oynayırlar: “Elə dekabrın 23-də TÜİB və “MÜSİAD Azərbaycan”ın, dekabrın 24-də isə ATİB-in keçirdiyi tədbirlər də bunu bird aha təsdiqləyir”.

Panel zamanı

Daha sonra konfrans panel müzakirələri ilə davam edib. Qeyd edək ki, birinci panel Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Eldəniz Əmirovun, ikinci panel isə Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə reallaşıb.

Şəhid övladlarına hədiyyələr təqdim olunub

Sonda panel iştirakçılarına təşəkkürnamələr, şəhid övladlarına isə hədiyyələr təqdim olunub. Konfrans xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Dekabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri