“İqtisadi islahatlar” jurnalı “RePEc” biblioqrafik məlumat bazasına daxil olub
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalı elmi məlumat bazası olan “RePEc”-ə (Research Papers in Economics) inteqrasiya olunub. 1997-ci ildən fəaliyyət göstərən “RePEc” iqtisadiyyat sahəsində aparılan tədqiqatların yayılması və elmi ictimaiyyətin bu tədqiqatlara asan çıxışının təmin edilməsi məqsədilə yaradılan dünyanın ən böyük açıq resurslarından biridir.
“RePEc” biblioqrafik məlumat bazası olaraq “IDEAS” və “EconPapers” kimi bir neçə alt-platformadan ibarətdir. Artıq “İqtisadi islahatlar” elmi-analitik jurnalında çap olunan məqalələr həm “IDEAS” (https://ideas.repec.org/s/azr/reform.html), həm də “EconPapers” (https://econpapers.repec.org/article/azrreform/) platformalarında oxuculara təqdim olunacaq.
“IDEAS” iqtisadiyyata həsr olunmuş məqalələrin ən böyük biblioqrafik məlumat bazalarından biridir. Belə ki, burada oxuculara “RePEc”-ə əsaslanaraq 5 milyona yaxın çox tədqiqat işi təqdim olunur. “İqtisadi islahatlar” elmi-analitik jurnalının bu platformaya inteqrasiyası jurnalda çap edilən məqalələrin daha çox oxucuya çatmasına və istinad sayının artmasına xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 07 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















