Icma.az
close
up
RU
İqtisadi sosial islahatlar sayəsində...

İqtisadi sosial islahatlar sayəsində...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Orta aylıq əməkhaqqı birinci yarımillikdə 9,4 faiz artıb

2025-ci ilin yanvar-iyul aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Belə ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 770,8 min nəfər olub və muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3918,7 manat, qeyri-neft-qaz sektorunda 1044,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1061,8 manat, özəl müəssisələrdə isə 1133 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Bu göstərici uğurlu sosial-iqtisadi dinamikanın nəticəsi hesab edilə bilər.

Qeyd edilən dövrdə inflyasiya 2024-cü ilin eyni dövrü ilə nisbətdə 5 faiz təşkil edib ki, bu da əhalinin real gəlirlərinin inflyasiyanı bir neçə faiz-bənd üstələdiyini göstərir. Nəticədə həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.

Minimum əməkhaqqı və pensiyalarda artımlar

Əhalinin orta aylıq əməkhaqqının və gəlirlərinin artmasında ölkəmizdəki iqtisadi fəallığını yüksəlməsi, biznes sektorundakı dinamika, dövlətin həyata keçirdiyi sosial müdafiə tədbirləri mühüm rol oynayır. 2025-ci ildən icrasına start verilmiş beşinci sosial paket çərçivəsində bir sıra sahələrdə sosial artımların icrasına start verilib. Dövlət başçısının  imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamına uyğun olaraq, minimum aylıq əməkhaqqının məbləği 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılıb. Vahid tarif cədvəlinə (VTC) əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə (sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma və s) çalışan işçilərin əməkhaqları artırılıb. Habelə minimum pensiyanın məbləği 280 manatdan 320 manata çatdırılıb, vahid indeksasiya metoduna əsasən, bütün kateqoriyalardan olan pensiyaçıların pensiyaları indeksləşdirilərək artırılıb, habelə əmək pensiyalarının artımı təmin olunub. Ehtiyac meyarının məbləğinin 2025-ci il yanvarın 1-dən 285 manata çatdırılması sayəsində ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşların aldığı yardım məbləği də artırılıb.

Bütün növ sosial müavinətlər 20 faiz yüksəlib

Dövlət başçısının “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamına əsasən,  Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı və Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Atatürk Mərkəzi, dövlət arxivləri və filialları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aqrar İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Dövlət Film Fondu, Quba şəhərində “Soyqırımı memorial kompleksi”, Milli Aerokosmik Agentliyinin Aparatı, Milli Kulinariya Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqların maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, Müdafiə Nazirliyinin və digər güc strukturlarının həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Eləcə də bir sıra dövlət orqanlarında xüsusi hərbi rütbəsi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maaşlarında artımlar edilib.

Dövlət başçısının “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və ərəncamında dəyişiklik edilməsi haqqında” ərmanına əsasən, iyulun 1-dən bütün növ sosial müavinətlərin məbləğləri orta hesabla 20-30 faiz artırılıb. 

Nəticədə bu genişmiqyaslı və sistemli sosial tədbirlər vətəndaşın sosial həyatında müsbət dəyişikliklərə səbəb olub.

Əmək bazarında şəffaflıq sosial rifaha xidmət edir

Hazırda mövcud sosial-iqtisadi inkişaf göstəriciləri və qarşıdakı aylar üzrə proqnozlar ölkəmizin gəlir və büdcə imkanlarının 2025-ci ilin qarşıdakı aylarında da artacağını deməyə əsas verir. Mövcud makroiqtisadi proqnozlar qeyri-neft sahələrində əhalinin gəlir əldəetmə imkanlarının yaxşılaşacağına zəmin yaradır. İqtisadi fəallığın yüksəlməsi və əmək bazarında aparılan islahatlar əmək müqavilələrinin də sayının artmasına öz müsbət təsirini göstərir. İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2025-ci ilin birinci yarısında 1 milyon 900 min təşkil edib. Bütün bunlar sosial indikatorların yaxşılaşmasına təsir göstərən mühüm amillərdir.

Azərbaycanda əhalinin sosial rifahının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Bu siyasətə uyğun olaraq, maliyyə imkanları yaxşılaşdıqca, gəlir resursları ilk növbədə, aztəmintlı ailələrin və sosial baxımdan daha çox ehtiyacı olanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılır. Hər il büdcədə cari xərclərin əsas hissəsi də məhz sosial təyinatlı bölmələr üçün nəzərdə tutulur. Azərbaycan dövlət büdcəsi sosialyönümlü büdcədir və hər il xərclərin tərkibində sosial sahəyə ayrılan vəsaitlər prioritetlilik təşkil edir. Son 5 ildə qəbul olunaraq icra edilən sosial paketlər çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edən mühüm sosial artımlar baş verib. Bu sosial siyasətə əsasən, növbəti ildə də pensiya və təqaüdlərin, ünvanlı sosial yardımların və s. sosial müavinətlərin artırıması nəzərdə tutulur.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Avqust 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri