Icma.az
close
up
RU
Naxçıvanda sosial iqtisadi islahatlar müsbət iqtisadi göstəricilərlə nəticələnib

Naxçıvanda sosial iqtisadi islahatlar müsbət iqtisadi göstəricilərlə nəticələnib

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatların və şəffaflaşmanın davamı olaraq Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələrə gətirib çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ÜDM əvvəlki illə müqayisədə 3.1% artıb.

Yerli daxilolmaların artması iqtisadiyyatın dayanıqlı inkişafı üçün mühüm amildir. Muxtar Respublikanın xərclərinin ödənilməsində yerli gəlirlərin xüsusi çəkisi 2022-ci ildə 30%, 2023-cü ildə 38%, 2024-cü ildə isə 57% təşkil edib. Ümumilikdə ötən il muxtar respublikanın yerli gəlirlərinin 87.5%-i İqtisadiyyat Nazirliyinin xətti ilə daxilolmalardan formalaşıb.

Son illərdə aparılan vergi siyasəti başlıca iqtisadi tənzimləmə alətlərindən olmaqla iqtisadi artımın təşviqinə və biznes mühitinin inkişafına yönəlib. Naxçıvanda 2023-cü il və 2024-cü ildə vergi nəzarəti tədbirləri minimuma endirilib. Naxçıvan, Şərur, Babək və Ordubad şəhərlərində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədilə vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2024-cü ildə 99.1%, könüllü bəyanetmə isə 99.5% təşkil edib.

Beləliklə, muxtar respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlər vergi daxilolmalarını nəzərəçarpacaq dərəcədə artırıb. 2024-cü ildə Naxçıvanda vergi daxilolmaları 2023-cü illə müqayisədə 37.6% artaraq 226.6 mln. manat təşkil edib. Bu, proqnoz göstəricilərlə müqayisədə 30.2% çoxdur.

2024-cü ildə Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 71.4% artaraq 21 778, ƏDV ödəyicilərinin sayı 87.1% artaraq 709 olub.

2024-cü ildə muxtar respublikada vergi ödəyiciləri elektron qeydiyyat sisteminə üstünlük verib və dövlət qeydiyyatına düşən 241 kommersiya hüquqi şəxsin 83%-i elektron qaydada qeydiyyata alınıb.

Ötən iki il ərzində Naxçıvanda 3 200-ə yaxın onlayn nəzarət-kassa aparatı, 2 200 dən çox POS-terminal quraşdırılıb. 2024-cü ildə nağdsız əməliyyatlar üzrə dövriyyə 66.2% artaraq 1 mlrd. manatdan çox, o cümlədən POS-terminallar üzrə dövriyyə 38.8% artaraq 112 mln. manat olub.

2024-cü il ərzində istehlakçılara "ƏDV geri al" layihəsi çərçivəsində 1.4 mln. manat vəsait qaytarılıb ki, bu da 2023-cü ilə nisbətən 68% çoxdur.

Görülən işlər nəticəsində sosial daxilolmalarda da mühüm irəliləyişlər əldə edilib. Məcburi dövlət sosial sığorta daxilolmaları 9.7% artaraq 162 mln. manat, qeyri-dövlət sektoru üzrə daxilolmalar 15.8% artaraq 25.4 mln. manat, işsizlikdən sığorta fonduna daxilolmalar 11.4% artaraq 4.4 mln. manat, icbari tibbi sığorta daxilolmaları 18.9% artaraq 28.9 mln. manat təşkil edib.

Ölkənin əmək bazarında şəffaflaşmanın artım və inkişafa önəmli təsirləri var. Muxtar respublikada əmək bazarının ağardılması məqsədilə reallaşdırılan tədbirlər nəticəsində qeyri-dövlət sektoru üzrə aktiv əmək müqavilələrinin sayı 3.6 dəfə artaraq 11 038 olub.

Aparılan islahatlar nəticəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə proqramlarının reallaşdırılması prosesi optimallaşdırılıb. Bunun nəticəsidir ki, muxtar respublikada dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 23.5%, dövlət əmlakının icarəsindən daxilolmalar 87.6%, hərraclarda kiçik dövlət müəssisələrinin və qeyri-yaşayış sahələrinin satışından daxilolmalar 13 dəfə artıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən bütün növ elektron xidmətlərin muxtar respublikada tətbiqinə başlanılıb. 2024-cü il ərzində elektron xidmətlərdən daxil olmuş müraciətlərin sayı 2023-cü illə müqayisədə 4.8 dəfə artaraq 6 500-ə çatıb.

Sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, biznes nümayəndələrinin idarəetmə bacarıqlarının artırılması, güzəştli kreditlərin verilməsi istiqamətində tədbirlər davam etdirilir. Ötən il muxtar respublikada Sahibkarlığın İnkişafı Fondu üzrə problemli kreditlərin məbləği 3.1 dəfə azalıb.

Qeyd edilən göstəricilər ötən il ərzində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi sahədə irəliləyişləri və davamlı inkişaf meyillərini, əlverişli biznes mühitini, vergi sisteminin effektivliyini əks etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Fevral 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri