Icma.az
close
up
RU
İqtisadi və sosial inkişaf yanbayan getməlidir

İqtisadi və sosial inkişaf yanbayan getməlidir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.Həmin müsahibədə yerli,regional və qobal səviyyədə əhəmiyyət kəsb edən bir sıra məsələlərə toxunulub. Onların araslnda iqtisadi və sosial xarakterli məqamlar da var:
Birincisi,keçən il ümumi daxili məhsul 4 faizdən çox artıb. Qeyri-neft sektorunda artım 6 faizdən çox olub. Bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və bu il və gələn illərdə bu dinamika saxlanılacaq.
İkincisi, keçən il biz maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bilmişik. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir.Adambaşına düşən valyuta ehtiyatları göstəricisinə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır.
Üçüncüsü,Azərbaycann xarici borcu ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat öz resurslarına söykənir. Halbuki biz indi xarici borcumuzu bir qədər artırmaq üçün də səylər göstərməyə başlamışıq. Xarici maliyyələşmə bizə nə verəcək? Nəzərə alsaq ki, ölkə qarşısında duran bir çox ciddi investisiya tələb edən məsələ var, bu, büdcə yükünü bir qədər azaldacaq. Ona görə, nəzərə alsaq ki, bizim xarici borcumuzun ödəmə qrafiki də təsbit edilib və bu gün 5.2 milyard dollara bərabər olan xarici borcumuz illər keçdikcə daha da azalacaq. Ona görə əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb.
Dördüncüsü, büdcə parametrləri hər bir ölkənin iqtisadi potensialını əks etdirir:həm parametrlər, həm dinamika... Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur.İcmal büdcə isə 48 milyard manatı ötüb. Biz buna yalnız daxili resurslar hesabına nail olmuşuq. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən.Bütövlükdə, əlbəttə ki, bir çox digər parametrlər də var. Amma əsas iqtisadi göstəricilər bundan ibarətdir.Təbii ki, bu, bizə imkan verir ki, sosial proqramları daha fəal icra edək.
Beşincisi, bu il yanvarın birindən minimum əməkhaqqı orta hesabla 14-15 faiz artıb. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək,bizim siyasətimizin mahiyyətini göstərir.Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar.Hər şey cəmiyyətdə də,siyasətdə də, ailədə də ədalətli olmalıdır.İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də diqqətdə saxlamışıq. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək.İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə-minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.
Azərbaycan Prezidentinin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsinin iqtisadi və sosial məqamları- 2024-cü ildə nail olunan yüksək artım tempinin növbəti illərdə də qorunub saxlanılması və bu əsasda sosial problemlərin həllinin iqtisadi bazasının və maliyyə resursları imkanlarının genişləndirilməsi,iqtisadi və sosial inkişafın yanbayan getməsinin təmin edilməsi,sosial problemlərin,xüsusən də aztəminatlı təbəqənin problemlərinin həllinin sürətləndirilməsi və sair bu kimi məsələlər hökumət və onun aidiyyatı orqanları qarşısında yeni vəzifələr qoyur.Həmin vəzifələrin optimal müddətdə hərtərəfli həllinin magistral yolu struktur,institusional və sair bu qəbildən olan zəruri islahatlar da daxil olmaqla,cəmiyyət həyatının bütün sahələrində sistemli islahatların davamlı olaraq dərinləşdirlməsi və genişləndirilməsindən keçir.
Əli Məsimli, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri