İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Marja xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun idarəçiliyində olan sənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında 2025-ci il ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Qeyd olunub ki, sənaye zonaları ölkədə istehsalın artırılması, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanın qeyri-neft-qaz istehsalı və qeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarının payına düşür. Sənaye zonalarında dövlət tərəfindən yaradılmış əlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətini genişləndirir.
İclas çərçivəsində Agentliyin 2026-cı il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati-struktur məsələləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 Dekabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















