Icma.az
close
up
RU
İqtisadiyyat naziri Londonda bir sıra görüşlər keçirib

İqtisadiyyat naziri Londonda bir sıra görüşlər keçirib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 may, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İllik Toplantısında iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər edib. Səfər çərçivəsində Londonda bir sıra görüşlər keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov AYİB-nin prezidenti Odil Reno-Basso ilə görüşüb. Görüşdə Azərbaycanın bankla əlaqələrin inkişafına önəm verdiyi, AYİB-lə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin və texnoloji yeniliklərin ölkəmizdə tətbiqinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Avropa İttifaqı ilə müxtəlif proqram və layihələr üzrə tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından mühümdür. Görüşdə əməkdaşlığın prioritetləri, yaşıl enerji və infrastruktur layihələrinin icrası, dayanıqlı iqtisadiyyata keçiddə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr aparılıb.

Moldova Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Doina Nistorla görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, investisiya, ticarət, energetika və digər istiqamətlər üzrə faydalı işbirliyinin inkişafı üçün böyük imkanlar var. Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.

Mikayıl Cabbarov AYİB-nin İllik Toplantısı çərçivəsində görüşdə bankın birinci vitse-prezidenti kimi fəaliyyət müddəti başa çatmaqda olan Yurgen Rigterinkə əlaqələrin inkişafına verdiyi töhfələr üçün təşəkkür edib, bu vəzifəyə yeni təyin edilən Qreq Quyetə fəaliyyətində uğurlar arzulayıb. Görüşdə bankla tərəfdaşlığın önəmi qeyd olunub, Azərbaycan iqtisadiyyatının diversifikasiyası və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün atılan addımlar vurğulanıb.

Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri Raniya əl-Məşatla görüşdə ölkəmizin Misirlə iqtisadi əlaqələrin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, ticarət və investisiya tərəfdaşlığın əsas istiqamətlərindəndir. Ölkəmizdə Misir investisiyalı kommersiya qurumlarının sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat, xidmət və digər sahələrdə aktiv fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Tərəflər biznes dairələri arasında işgüzar münasibətlərin təşviqi məqsədilə birgə institusional mexanizmlərin və platformaların yaradılması, eləcə də, enerji, KOB, sənaye, infrastruktur, nəqliyyat-logistika və s. sahələr üzrə qarşılıqlı fəaliyyətin təşviqi imkanlarını dəyərləndiriblər.

Avropa İnvestisiya Bankının direktoru Lionel Rapay ilə görüşdə ölkəmizin bankla uzunmüddətli əməkdaşlığa önəm verdiyi vurğulanıb. Bildirilib ki, bankla infrastruktur, rəqəmsal inkişaf və digər sahələr üzrə səmərəli tərəfdaşlıq münasibətləri mövcuddur.

Görüşdə biznes subyektlərinə dəstək, infrastruktur layihələri çərçivəsində işbirliyi və birgə fəaliyyətin səmərəliliyinin artırılması imkanları haqqında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri