Icma.az
close
up
RU
İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib

İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində iqtisadiyyat naziri Avropa İttifaqının Genişlənmə üzrə komissarı, İsrail Dövlətinin iqtisadiyyat və sənaye naziri, həmçinin Coca-Cola", "Growth Lab", "Boston Consulting Group",  "BCG Henderson Institute" və "Menzies Aviation"  şirkətlərinin rəhbərləri  ilə görüşlər keçirib. DİF çərçivəsində SOCAR ilə İsveçrənin "SİCPA SA" şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənəd imzalanıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda (DİF) iştirak çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə Azərbaycanla iqtisadi əməkdaşlığın gündəmində olan prioritetlər, ticarət və enerji sahəsində tərəfdaşlıq, nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər  vurğulanıb. Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.

DİF çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinin iqtisadiyyat və sənaye naziri Nir Barkatla görüşüb. Görüşdə ticarət, sənaye, enerji və biznes tərəfdaşlığı istiqamətində qarşılıqlı fəaliyyətin perspektivləri vurğulanıb. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəmində olan aktual məsələlər nəzərdən keçirilib.

Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov "Coca-Cola" şirkətinin qlobal siyasət və dayanıqlılıq üzrə baş vitse-prezidenti Maykl Qoltsman ilə görüşüb. Şirkətin ölkəmizdə həyata keçirdiyi layihələr, investisiya planları, davamlı inkişaf, səmərəli infrastrukturun formalaşması istiqamətində təşəbbüslər və rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması üzrə perspektivlər müzakirə olunub.

İqtisadiyyat nazirinin DİF şərçivəsində növbəti görüşü Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə keçirilib. Tərəflər Azərbaycandaiqtisadi inkişaf prioritetlərinin reallaşdırılması istiqamətində həyata keçirilən islahatlar, "Growth Lab" Mərkəzi ilə əməkdaşlıq, birgə fəaliyyət çərçivəsində reallaşdırılan "Yaşıl artım portalı" layihəsinin perspektivləri barədə fikirlərini bölüşüblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov DİF çərçivəsində "Boston Consulting Group"un vitse-sədri və "BCG Henderson Institute"un qlobal rəhbəri Nikolaus Lanqla görüşüb. Rəqəmsal transformasiyanın iqtisadi strategiyaların formalaşmasına təsiri, ticarət sahəsində perspektivlər, süni intellekt və şirkətlərin geosiyasi dayanıqlığının gücləndirilməsi barədə müzakirələr aparılıb.

Davos İqtisadi Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov "Menzies Aviation" şirkətinin icraçı sədri Hassan El-Houri ilə görüşüb. Görüşdə aviasiya sektorunun dayanıqlı inkişafı istiqamətində ölkəmizdə görülən işlər, bu sahədə innovasiyaların tətbiqi və investisiyaların təşviqi, o cümlədən əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb. Qarşılıqlı təcrübə mübadiləsi, təlim və məşğulluğa yönəlmiş təşəbbüslərin dəstəklənməsi qeyd edilib.

Qeyd edək ki, Davos İqtisadi Forumu çərçivəsində SOCAR ilə İsveçrənin "SİCPA SA" şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənəd imzalanıb. Bu əməkdaşlıq müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcək. Yeni həllər enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri