İqtisadiyyat Nazirliyi Anım Günündə Zəfər parkını ziyarət edib
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib.
Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
İqtisadiyyat Nazirliyinin kollektivi Anım Günündə Zəfər Parkını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib.
Parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbə qazandığı Vətən müharibəsinin başlanmasından beş il ötür. 27 sentyabr - Anım Günü qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın rəmzidir.

Zəfər günündə Zəfər qazananlar
08 Noyabr 2024 14:44
Zəfər günündə qazanılan ZƏFƏR!
07 Noyabr 2024 23:46
Aleksandr Turçin Zəfər parkını ziyarət edib
06 May 2025 11:52
İqtisadiyyat Nazirliyi tərəfindən indiyədək verilən
05 Dekabr 2024 17:54
İqtisadiyyat Nazirliyi mükafata layiq görülüb
11 Mart 2025 17:02

