Icma.az
close
up
RU
İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra sənədlər imzalayacaq

İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra sənədlər imzalayacaq

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 13-də İqtisadiyyat Nazirliyi "Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi" mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiya təşkil edəcək.

Milli.Az nazirliyə istinadən xəbər verir ki, tədbir bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq.

Noyabrın 14-də isə İqtisadiyyat Nazirliyi və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) birgə təşkilatçılığı ilə Maliyyə, İnvestisiya və Ticarət Günü (Climate FIT Day) çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) təqdim olunacaq.

Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq, iqlim maliyyəsi və strateji tərəfdaşlıqlar barədə müzakirələr aparılacaq.

COP29 çərçivəsində "Dayanıqlı gələcəyin gücləndirilməsi: maliyyə vasitəsilə yaşıl inkişafa təkan" mövzusunda tədbir keçiriləcək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (İMFF) təqdim olunacaq.

İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına, Türk Dövlətləri Təşkilatının iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üzrə Tərəfdaşlığına, SPECA İqlim və İnnovasiya Dialoquna dair nazirlər görüşləri keçiriləcək.

COP29 çərçivəsində 15 noyabr - Enerji, Sülh, Yardım və Bərpa Günündə İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış "Yaşıl artım" portalının təqdimatı, "Karbon qiymətqoyması: cari çağırışlar və yeni strategiyalar", "Dövlət-özəl tərəfdaşlığı layihələri vasitəsilə davamlı maliyyə və iqlim dayanıqlılığı strategiyalarının inkişaf etdirilməsi və iqlim dəyişikliyinin həllində özəl sektorun rolu" mövzuları üzrə tədbirlər keçiriləcək.

COP29 çərçivəsində 16 noyabr - Elm, Texnologiya və İnnovasiya - Rəqəmsallaşma Günündə KOB-ların yaşıl iqtisadiyyatda rolu" adlı konfrans, "Süni İntellektin təsiri: texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü", "Süni intellektin transformativ gücü: ətraf mühitə təsirlərin azaldılması və dayanıqlı inkişaf" və digər mövzularda tədbirlər "keçiriləcək.

COP29 çərçivəsində 20 noyabr - Urbanizasiya, Nəqliyyat və Turizm Günündə isə SPECA regionundan AYİB yaşıl şəhər liderlərinin Dəyirmi Masası, SPECA Çoxtərəfli Etimad Fondu ilə bağlı brifinqin təşkili planlaşdırılır.

COP 29 çərçivəsində, İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan qurumların İslam İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi və bir sıra xarici şirkətlərlə sənədlərin imzalanması nəzərdə tutulur.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi beynəlxalq qurumların və digər ölkələrin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri