Icma.az
close
up
RU
İqtisadiyyat Nazirliyinin xidmətlərinə müraciətlərin 97 faizi elektron formada həyata keçirilib

İqtisadiyyat Nazirliyinin xidmətlərinə müraciətlərin 97 faizi elektron formada həyata keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 avqust, AZƏRTAC

2025-ci ilin I yarısında İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə ümumilikdə 11,2 milyondan artıq müraciət qeydə alınıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlərin təxminən 97 faizi (10,9 milyondan artıq müraciət) elektron xidmətlərin payına düşüb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi müraciətlər 29 faiz, elektron xidmətlərə müraciətlər isə 33 faiz artıb.

İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 285 xidmət göstərilir ki, onların 67 faizi (191 xidmət) artıq elektronlaşdırılıb. Sahibkarlara təqdim olunan xidmətlər arasında xüsusi yer tutan lisenziyaların verilməsi prosesi tam elektronlaşdırılıb. Sahibkarlar müvafiq fəaliyyət növləri üzrə lisenziya almaq üçün “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Bununla yanaşı, lisenziya müraciətləri müvafiq “ASAN xidmət” mərkəzləri və KOB evləri vasitəsilə də təqdim oluna bilər. 2025-ci ilin I yarısında ümumilikdə 837 lisenziya verilib, onlardan 636-sı elektron qaydada təqdim olunub. “Lisenziyalar və icazələr” portalı 2018-ci ildən fəaliyyət göstərir və ötən müddət ərzində portal vasitəsilə 6526 elektron lisenziya təqdim olunub. Portal İqtisadiyyat Nazirliyi tərəfindən verilən 23 fəaliyyət növü üzrə lisenziya alınması ilə bağlı müraciətlərin qəbulunu, 8 aidiyyəti qurumdan rəylərin alınmasını və nəticələrin rəsmiləşdirilməsini təmin edir. Portalın yaradılmasında məqsəd sahibkar və dövlət orqanı arasındakı birbaşa təması minimuma endirmək, sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyaların və icazələrin alınması üçün ayrı-ayrı qurumlara müraciət etmək zərurətinin aradan qaldırılması, prosesin istifadəçi tərəfindən izlənilə bilən olması, sahibkarların vaxt və resurs itkisinin azaldılmasıdır.

İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri vasitəsilə müraciət etmək mümkündür.

Sahibkarlar bu platformalar vasitəsilə zəruri iqtisadi və hüquqi məlumatlar ala, həmçinin sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqi sənədlər – lisenziyalar, qrant müqavilələrinin qeydə alınması ilə bağlı bildirişlər və digər sənədlər üçün müraciət edə bilərlər.

Bundan əlavə, İqtisadiyyat Nazirliyinin “Elektron Xidmətlər Portalı”nın yeni versiyası hazırlanaraq pilot rejimdə istifadəyə verilib. Portal vahid pəncərə funksiyasını yerinə yetirərək istifadəçilərə elektron kabinet vasitəsilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeli qurumların da xidmətlərindən yararlanmaq imkanı yaradır. Portalda istifadəçilərə müraciət etdikləri xidmətin icra prosesini izləmək və xidmətdən istifadə barədə rəy bildirmək imkanı təqdim olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri