Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İqtisadiyyatımızı 2026 cı ildə nə gözləyir?

İqtisadiyyatımızı 2026 cı ildə nə gözləyir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Yeni ilin başlanmasına iki aydan da az vaxt qalır.

Cari ildə ölkə iqtisadiyyatının inkişafı istiqamətində bir sıra addımlar atılıb. Təsadüfi deyil ki, ölkə başçısı AMEA-nın 80 illik yubileyində də bu istiqamətdə bir sıra məsələlərə toxunub:

"Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Düzdür, ümumi daxili məhsul çox artmır. Bunun da əsas səbəbi neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir. Ancaq bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur.

Bu, bizim ümumi iqtisadiyyatımızın əksəriyyətini təşkil edir. Bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür.

Çünki bu gün bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Bizim xarici borcumuz çox aşağı səviyyədədir. Sirr deyil ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun (ÜDM) yüz faizini, bəlkə də daha çox təşkil edir.

Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Bizim valyuta ehtiyatlarımız ildən-ilə artır və bu il də əhəmiyyətli dərəcədə artıb, 80 milyard dolları ötüb. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 16 dəfə çoxdur.

Biz əgər istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Yəni bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. Əlbəttə ki, iqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək". 

Qarşıdan gələn yeni ildə ölkə iqtisadiyyatının inkişafında daha hansı yeniliklər müşahidə olunacaq?

Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Azər Badamov "Cebheinfo.az"-a bildirib ki, 2026-cı ildə makro iqtisadi artım 2,5-3,5 %, infilyasiya isə 4-5 % olacağı proqnozlaşdırılıb:

"ÜDM isə 134,1 milyard manat, qeyri-neft ÜDM-in payı 101,7 milyard manat olmaqla ümumi ÜDM-in 75,8 % səviyyəsinə çatacağı proqnozlaşdılır.

Yeni ildə Azərbaycan iqtisadiyyatının daha bahalı və rəqəmsal bir struktura keçid dövrünün yaşayacağı gözlənilir. Neft sektorunda cari ildə müəyyən azalmaların baş verməsi və gələcəkdə neft-qaz resurslarının azalacağını nəzərə alaraq ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsi və büdcə gəlirlərinin əsasən qeyri-neft sektoru üzərinə keçid edilməsi dövlətin əsas prioritetinə çevrilib.

Bir neçə il əvvəl başlanmış qeyri-neft sektorunun diversifikasiyası siyasətinin daha genişləndirilməsi və müasir dövrün çağırışlarına uyğun meydana gəlmiş yeni sahələrin inkişaf etdirilməsi əsas trendinə çevrilib. Bu baxımdan, innovasiyalı kənd təsərrüfatı, turizm, İKT, sənayenin müasir əsaslar üzərində qurulması, süni intelektin tətbiqi sahələrinin genişləndirlməsi gələn ilin əsas istiqamətləri olacaq".

Onu sözlərinə görə, Prezident İlham Əliyevin AMEA-nın 80 illiyi yubileyi iclasında etdiyi çıxışda alimlərin qarşısında vəzifələr qoyanda hansı istiqamətlərin iqtisadiyyatımız üçün əsas olduğuna geniş aydınlıq gətirib:

"Dövlət başçısı daha elm tutumlu texnoloji, rəqəmsal, süni intelekt və geologiya sahələrin inkilaf etdirlməsində alimlərin də iştirak etməli olduğunu bildirdi. Belə ki, 2026-cı ildə qeyri-neft iqtisadiyyatının əsas 4 istiqaməti prioritet olaraq qalacaqdır.

Birinci istiqamət kənd təsərrüfatı sektorudur. Çünki kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Bu baxımdan, 2026-cı ildə innovasiyalı və ağıllı kənd təsərrüfatının qurulması istiqamətində fəaliyyətlər davam etdiriləcək. 

İxrac yönümılü sahələrin inkişaf etdirlməsi istiqamətində işlərin genişləndirilməsi vacibdir. Çünki ölkənin  ixrac potensialının artması iqtisadiyyatın möhkəmlənməsinə töhfə verir.

Məhz 2026-cı ildə pomidor, fındıq, meyvə, pambıq, balıqçılıq və digər sahələrin inkişaf etdirilməsi prioritet olacaqdır. Bildirim ki, Vergi Məcəlləsində edilləcək dəyişikliyə əsasən, 2026-cı ildən balıqçılıq sahəsi də vergilərdən azad olunur. Beləliklə deyə bilərik ki, qarşıdan gələn ildə kənd təsərrüfatında artımın 4-5 % olacağı reallığa çevriləcək.

İkinci istiqamət 2026-cı ildə əsas mərhələsini yekunlaşdırmaq ərəfəsində olan “Rəqəmsal Azərbaycan” strategiyasının qazandırdığı imkanlardır. Belə ki, elektron hökuməti xidmətlərinin tam inteqrasiyası və vergi-maliyyə əməliyyatlarının rəqəmsallaşdırılması sürətlənəcək və bu da İKT ixracı artım  templəri ilə artacaq". 

Üçüncü istiqamətə gəldikdə isə millət vəkili bildirib ki, turizm sektorunun inkişaf etdirlməsini qeyd edə  bilərik:

"Turizm xidmətlərinin ixracı ölkə iqtisadiyyatına ən çox valyuta gətirən sahələrdən biridir. Ona görə də dünya turizm bazarında böyük rəqabət mövcuddur.  Azərbaycan da beynəlxalq turizm bazarından müəyyən pay almaq niyyətindədir. 

2026-cı ildə ölkəmizə 3 milyondan çox turistin gələcəyi planlaşırılır.  Bunun üçün görülməli işlər də çoxdur.  Azərbaycanın təbii imkanları ilin dörd fəsilində turistləri qəbul etmək imkanını verir.

Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə, Xəzərsahili zonalarda yeni istirahət mərkəziləri və otellərin tikintisi gələn ildə də davam etdirilməsi gözləniləndir. Dördücü istiqaməti isə sənaye və “yaşıl enerji” sektorunu qeyd edə bilərik.  

2026-cı ildə Sənaye Zonalarda yeni istehsal sahələrinin istifadəyə verilməsi, neft-qaz kimyası sənayesinin modernləşdirilməsi və ixracyönümlü məhsulların çeşidlərinin genişləndirilməsi qarşıdan gələn ildə əsas prioritetlər olaraq qalmaqdadır.

Azərbaycan “yaşıl enerji” sektorunun inkişaf etdirlməsi ilə bağlı hədəflərini müəyyənləşdirib. 2030-cu ilə qədər ölkədə istehsal olunan elektrik enerjisinin 35 %-i “yaşıl enerji” üzərinə keçirilməsi hədəfləri icra olunmaqdadır. Belə ki, “Masdar” və “ACVA Pover” şirkətlərinin investisyaları ilə tikilən külək və günəş stansiyaların əhatə dairəsi genişlənir. Həm də “yaşıl enerji”nin ixrac edilməsi ilə bağlı hədəflərimiz 2026-cı ildə də prioritet olaraq qalacaq.

Ümumiləşdirilərək deyə bilərik ki, 2026-cı ildə Azərbaycan iqtisadiyyatı daha balanslı və rəqəmsal bir struktura keçid dövrünü yaşayacaq və qeyri-neft sahələri iqtisadi artımın əsas mənbələri olacaqdır".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: İlham Əliyev AMEA İqtisadiyyat Azər Badamov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri