Icma.az
close
up
RU
İran 2026 Dünya Kubokunda iştiraka hazır olduğunu AÇIQLADI

İran 2026 Dünya Kubokunda iştiraka hazır olduğunu AÇIQLADI

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran hökumətinin sözçüsü Fatimə Mühacərani ölkə milli komandasının 2026-cı ildə ABŞ-də keçiriləcək FIFA Dünya Kubokunda iştirak etməyə hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, Mühacərani Gənclər və İdman Nazirliyinin məlumatına əsasən, milli komandanın turnirdə uğurlu çıxışı üçün bütün hazırlıq işlərinin görüldüyünü qeyd edib.

Məlumata görə, bundan əvvəl İranın idman naziri Əhməd Donyamali mövcud şəraitdə komandanın turnirdə iştirakının mümkün olmadığını açıqlamışdı. Daha sonra isə İran tərəfi oyunların ABŞ-dən köçürülməsi ilə bağlı FIFA ilə danışıqlara başlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın turnirdə iştirakını məqsədəuyğun hesab etmədiyini bildirib. Həmçinin martın 27-də İran hakimiyyətinin milli idman komandalarının “dost olmayan ölkələrdə” yarışlara getməsini qadağan etdiyi açıqlanmışdı.

Bildirilib ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi turnirə vəsiqə qazanaraq Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb. Komandanın oyunlarının ABŞ-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, daha əvvəl ABŞ-də bəzi dairələr İranın əvəzinə İtaliyanın turnirə qatılması ilə bağlı təklif irəli sürmüşdü.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Aprel 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri