SEPAH ABŞ şirkətlərinə zərbələr endirməklə HƏDƏLƏDİ
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumlar nəticəsində İran vətəndaşlarının həlak olmasına cavab olaraq ABŞ şirkətlərinə zərbələr endirməklə hədələyib.
Redaktor.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.
Məlumata görə, ABŞ və onun müttəfiqləri Tehranın bu cür hərəkətlərin dayandırılmasının zəruriliyi barədə xəbərdarlıqlarına məhəl qoymayıblar. SEPAH iddia edir ki, hədəflərin planlaşdırılmasında və izlənilməsində əsas rolu informasiya-kommunikasiya texnologiyaları və süni intellekt sahəsindəki ABŞ şirkətləri oynayır, bununla əlaqədar olaraq onlar qanuni hədəflərə çevrilə bilərlər.
Bəyanatda adı çəkilən şirkətlər sırasında "Cisco", "HP", "Intel", "Oracle", "Microsoft", "Apple", "Google", "Meta", "IBM", "Dell", "Palantir", "Nvidia", "JPMorgan", "Tesla", "GE", "Spire Solutions", "G42" və "Boeing" var.
SEPAH bildirib ki, aprelin 1-dən İran ərazisində yeni insidentlər baş verəcəyi təqdirdə qeyd olunan strukturlar cavab tədbirlərinə məruz qala bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 31 Mart 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















