İran ABŞ la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranla ABŞ arasında vasitəçilər vasitəsilə aparılan təmaslarda yaranan fasilə ABŞ-da keçirilmiş aralıq seçkilərinin nəticələri ilə bağlıdır.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət teleradio şirkətinə açıqlamasında bildirib.
“Artıq bir neçə gündür ki, seçkilərin nəticələrinə görə vasitəçilər tərəfindən səfərlər həyata keçirilmir. Təmasların bərpası üçün əlverişli şəraitin yaranmasına müəyyən vaxt lazımdır”, – nazir qeyd edib.
Əraqçi bundan əvvəl İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a təqdim etdiyi iki günlük təklifin qüvvədə qaldığını açıqlamışdı.
O, Vaşinqtonu Tehranın tələblərini, o cümlədən bütün cəbhələrdə müharibənin dayandırılması şərtini yerinə yetirməyə çağırmış, əks halda hərbi qarşıdurmanın davam edə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 08 Noyabr 2026 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















