İran ABŞ ni BMT yə şikayət edəcək
Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır.
Sfera.az "Mehr"ə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini bildirib.
Səid Xətibzadə deyib ki, Vaşinqton İranın nüvə obyektlərinə dəymiş ziyana görə kompensasiya etməlidir .
Onun sözlərinə görə, İran Birləşmiş Millətlər Təşkilatına ABŞ-yə qarşı şikayət verəcək.
İsrail İrana hücumlarına iyunun 13-də başlayıb və 12 gün ərzində İranın hərbi, nüvə və yaşayış məntəqələrinə zərbələr endirdiyi halda, ABŞ müdaxilə edərək iyunun 22-də İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib.
Çərşənbə axşamı qüvvəyə minən atəşkəs döyüşləri dayandırdığını söyləyən Xətibzadə bildirib ki, müharibənin dayandırılması ilə bağlı mesajlar göndərən ABŞ olub.
Xətibzadə vurğulayıb ki, İran İsraillə müəyyən bəndləri ehtiva edən hər hansı yazılı müqavilə imzalamayıb.
"Baş verənlər sionistlərin [İsrailin] təcavüzünü dayandırması idi. Buna paralel olaraq, İran hazır olmasına baxmayaraq, zərbələr endirməyəcək", - İran xarici işlər nazirinin müavini izah edib.
Firuzə Əliyeva
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 26 İyun 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















