Icma.az
close
up
RU
İran Donald Trampdan BMT yə şikayət edib

İran Donald Trampdan BMT yə şikayət edib

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəsi Əmir Səid İrəvani ABŞ prezidenti Donald Trampın İrana qarşı hədələyici bəyanatlarına cavab olaraq BMT Təhlükəsizlik Şurasına və BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Mehr" məlumat verib.

İrəvani xatırladıb ki, ABŞ prezidenti Tramp 2025-ci il martın 30-da "NBC News"a verdiyi son müsahibəsində növbəti dəfə təhdid və güc dilinə keçib və İran İslam Respublikasını açıq şəkildə hərbi əməliyyatlarla hədələyib.

ABŞ prezidenti Donald Trampın “ehtiyatsız və düşməncəsinə” bəyanatlarını beynəlxalq hüququn və BMT Nizamnaməsinin əsas prinsiplərinin, xüsusən də 2-ci maddənin 4-cü bəndinin açıq şəkildə pozulması kimi qiymətləndirən İrəvani bildirib ki, İran İslam Respublikası istənilən hərbi avantürizmə qarşıdır və ABŞ-ın istənilən təcavüzkar hərəkətinə və ya hücumuna tez və qəti şəkildə cavab verəcəyi barədə ciddi xəbərdarlıq edib.

"İstənilən düşmənçilik hərəkətinin ağır nəticələrinə görə bütün məsuliyyət tamamilə ABŞ-ın üzərinə düşəcək", - deyə İrəvani bildirib.

“ABŞ-ın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, BMT Nizamnaməsindən irəli gələn öhdəliklərinə açıq-aşkar məhəl qoymaması, siyasi və geosiyasi məqsədlərinə nail olmaq üçün hərbi gücdən təzyiq vasitəsi kimi istifadə etməsi böyük kədər, həmçinin narahatlıq doğurur”, - deyə o, Trampın dəfələrlə suveren dövlətləri güc tətbiqi ilə hədələdiyi qeyd edilib.

Məktubda: “BMT Təhlükəsizlik Şurası ABŞ prezidentinin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olan təhdidlərini pisləməli və Birləşmiş Ştatları beynəlxalq hüquq və BMT Nizamnaməsindən irəli gələn hüquqi öhdəliklərinə əməl etməyə çağırmalıdır.

BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət bu cür təxribat xarakterli hərəkətlər qarşısında səssiz qalmamalıdır. İran İslam Respublikası regional sülh, sabitlik, təhlükəsizliyə qətiyyətlə sadiqdir və heç bir münaqişəyə can atmır”, -deyilir.

Dünən ölkə mətbuatına verdiyi açıqlamada Tramp ABŞ-la razılığa gəlmədiyi təqdirdə İranı "əvvəllər heç görmədiyi kimi" bombalayacağı ilə hədələyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Aprel 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see419

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see263

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see263

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see256

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see246

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see233

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see232

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see230

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see227

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see224

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see222

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see220

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see216

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see216

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see213

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see213

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see211

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see209

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see205

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri