İran ABŞ ni hədələdi: “Onları qovacağıq”
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ qüvvələri Fars körfəzi regionunu tərk etdikdən sonra Hörmüz boğazı gəmiçilik üçün açılacaq.
"Fars" agentliyinin məlumatına görə, bunu İran ordusunun rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya bildirib.
"ABŞ regiondan çıxarsa, Hörmüz boğazı açılacaq", - deyə o bildirib.
Əkrəminiyanın fikrincə, bu halda region ölkələrinin iştirakı ilə kollektiv təhlükəsizlik təmin ediləcək və dünya iqtisadiyyatının vəziyyəti yaxşılaşacaq.
"Əgər onlar (ABŞ) getməsələr, biz onları qovacağıq", - deyə İran İslam Respublikası ordusunun nümayəndəsi əlavə edib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:116
Bu xəbər 16 Oktyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















