İran ABŞ nin uranın zənginləşdirilməsini 10 il müddətinə dayandırmaq təklifini rədd edib
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi İranla aparılan danışıqlarla bağlı yeni açıqlama verib.
Redaktor.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof "Fox News"a müsahibəsində Amerika nümayəndə heyətinin İrana uranın zənginləşdirilməsinin 10 illik dondurulmasını təklif etdiyini bildirib.
“Biz onlarla zənginləşdirmədən tamamilə imtina etmək üçün on illik müddət müzakirə etdik və yanacağın pulunu ödəyəcəyik”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, rəsmi İran bu ideyanı tamamilə rədd edib. Bu səbəbdən artıq danışıqların ikinci mərhələsində tərəflərin razılığa gələ bilməyəcəyi aydın olub.
Uitkof əlavə edib ki, Amerika nümayəndə heyəti üçüncü görüşə yalnız Tehrana son bir şans vermək məqsədilə qayıdıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 03 Mart 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















