İran ABŞ yə dəstək verən ölkələrə xəbərdarlıq etdi
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran ABŞ ilə hərbi əməliyyatların yenidən başlaması ehtimalına qarşı Yaxın Şərq ölkələrindən Vaşinqtona dəstəyi dayandırmağı tələb edib.
Gununsesi.info xəbər verir ki, bunu oktyabrın 23-də İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fədə-Hüseyn Maleki “RİA Novosti”yə açıqlamasında bildirib.
“Region ölkələrinə ultimatum verilib – ABŞ-yə istənilən dəstəyi dayandırsınlar. 40 günlük müharibə zamanı ABŞ-nin İrana hücum etmək üçün istifadə etdiyi istənilən ölkənin ərazisindəki bazalara zərbələr endirdik”, – deyə Maleki bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar yenidən başlayacağı təqdirdə Tehran hansı ərəb və digər regional dövlətlərin ABŞ qoşunlarına dəstək verməyə hazır olduğunu müəyyən edə biləcək.
Maleki qeyd edib ki, İran tərəfi müvafiq məlumatları həmin ölkələrə əvvəlcədən çatdırıb və hazırda vəziyyətin inkişafını izləyir.
İranlı deputat vurğulayıb ki, ABŞ qüvvələrinə dəstək veriləcəyi təqdirdə Tehranın cavabı həmin dövlətlərin ərazisindəki hərbi obyektlərə zərbələr endirməklə məhdudlaşmaya bilər.
Onun sözlərinə görə, belə ölkələr İran tərəfindən düşmən dövlətlər kimi qiymətləndirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 23 Oktyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















