İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırıb.
Sfera.az xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Əraqçi bu fikirləri Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı zamanı səsləndirib. O, İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə qarşı hücumlarını kəskin tənqid edib, Avropa ölkələrinin isə bu hücumlara səssiz qalmasını “ikili standart” adlandırıb.
Nazir bildirib ki, bu hücumlar Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsini (NPT), BMT Təhlükəsizlik Şurasının və MAQATE-nin qərarlarını açıq şəkildə pozur. Əraqçiyə görə, bu cür hərəkətləri dəstəkləyən və ya görməzlikdən gələn ölkələr də məsuliyyət daşıyır.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 İyun 2025 07:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















