Icma.az
close
up
RU
İran Azərbaycan əlaqələrində yeni körpü yaranmaqdadır RƏY

İran Azərbaycan əlaqələrində yeni körpü yaranmaqdadır RƏY

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

“Beynəlxalq münasibətlərdə geosiyasət, yəni mövcud olduğun coğrafiyada yerləşən qonşu dövlətlərlə münasibətlərin keyfiyyəti olduqca əhəmiyyətlidir. Nəticə etibarilə, coğrafi mövqe hər bir dövlətin xarici siyasətini təyin edən əsas faktorlardan biri kimi çıxış edir. Coğrafi mövqeyi reallıqlar baxımından strateji üstünlüyə çevirmək bacarığı milli diplomatiyanın əsas vəzifələrindən biridir. Bu mənada, Azərbaycan yerləşdiyi coğrafiyada bütün qonşularla yaxşı əlaqələr yaratmağa çalışır. Təsadüfi deyil ki, tarix boyu müxtəlif mərhələlərdən keçmiş Rusiya-Azərbaycan münasibətləri bu gün məhz bu kontekstdə müttəfiqlik birgə fəaliyyəti haqqında bəyannamənin tələblərinə uyğun olaraq yüksək səviyyəyə qaldırılıb. Qardaş Türkiyə ilə münasibətlər strateji müttəfiqlik münasibətləridir. Gürcüstanla Azərbaycanın münasibətləri strateji tərəfdaşlığın bütün istiqamətlərini əhatə etməklə qarşılıqlı hörmətə, etimada söykənir. Bu kontekstdə, İran-Azərbaycan münasibətlərinin də möhkəmləndirilməsi, daha yüksək səviyyəyə qalxması üçün addımların atılması Azərbaycan xarici siyasətinin prioritetlərindən biridir. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. İran-Azərbaycan münasibətləri özünəməxsus spesifikası olan münasibətlərdir. Görüş zamanı hər iki qonşu ölkənin prezidentlərinin ifadə etdikləri kimi, münasibətlər ortaq tarixi keçmişə, ortaq dil mədəniyyətinə söykənməklə bərabər, bu gün də canlıdır, həm də qohumluq əlaqələrinə söykənən münasibətdir. Düşünürəm, İran Prezidenti hörmətli Məsud Pezeşkianın Azərbaycan Prezidentinə xitabında bu reallıqların hamısı öz əksini tapdı”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“Pezeşkian cənab Prezident İlham Əliyevə "əziz qardaşım!" deyə xitab etdi. Azərbaycan Prezidenti də İran Prezidentinə eyni xitabla müraciət etdi. Bu, sadəcə gəlişi gözəl sözlər, müraciətlər deyil, mövcud reallığın - tarixi, milli reallığın özüdür, gerçəyidir. Hazırkı mərhələdə məqsəd məhz Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaqla bu sözün mənəvi haqqını real məzmuna qovuşdurmaqdır. Hələ ulu öndər Heydər Əliyev İran-Azərbaycan münasibətlərinin əsasları qoyularkən məhz bu fəlsəfəyə söykənmişdi. Həmin fəlsəfə bu gün də Azərbaycanın xarici siyasətində öz məntiqi davamına söykənməkdədir. Əlbəttə, İran-Azərbaycan münasibətlərinin olmazsa, olmazı var. Bunlar ilk növbədə qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması məsələsidir. Münasibətlərin inkişafına üçüncü ölkələrin müdaxiləsinə yolverilməzlik, daxili işlərə qarışmamaq siyasətidir. Bu da daim Azərbaycanın xarici siyasətində öz əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti 44 günlük müharibədən sonra Zəngilana səfər edərkən Xudafərin körpüsünə tərəf baxaraq o körpünü "Dostluq körpüsü" adlandırmışdı. Bu gün də Azərbaycan Prezidentinin siyasəti sayəsində və İranla münasibətlərimiz kontekstində İran-Azərbaycan əlaqələrində yeni körpü yaranmaqdadır. Bu həm simvolik mənada körpüdür, həm də real Araz dəhlizi üzərindən Azərbaycanı Naxçıvana birləşdirəcək körpünün inşa olunmasıdır. Şübhəsiz ki, İran-Azərbaycan münasibətləri həm də mehriban qonşuluq siyasətinə əsaslanmaqla region dövlətlərinin qarşılıqlı şəkildə inteqrasiyasına və yüksək səviyyəli əməkdaşlığa söykənir. Bu mənada, Azərbaycan və Türkiyənin irəli sürdüyü "3+3" fotmatı və onun perspektivləri İran-Azərbaycan münasibətlərinin cazibədar tərəflərindən biridir. Daha böyük mənada desək, Şimal-Cənub-Şərq-Qərb layihələri üzrə İran və Azərbaycanın çox böyük əməkdaşlıq perspektivləri var. Belə düşünmək olar ki, İran Prezidentinin Azərbaycana səfərindən sonra bütün bu istiqamətlərdə eyni zamanda humanitar, mədəni və mənəvi sferalarda da münasibətlərin dərinləşməsi, daha da inkişafı üçün yeni şərtlər formalaşmış oldu”, - deputat bildirib.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see323

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see281

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see245

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see171

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see168

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see146

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see145

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see144

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see139

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see137

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see134

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see133

İsrail İran münaqişəsi fonunda Azərbaycanda saxta xəbərlər yayılır Rəsmi

13 İyun 2025 14:51see122

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see120

Yəmən İsrailə raket hücumuna başladı

13 İyun 2025 22:41see118

ASAN xidmət və ASAN kommunal mərkəzləri bu tarixlərdə işləməyəcək

13 İyun 2025 10:33see116

Bu səhər vərdişi ürəyiniz üçün təhlükəlidir: kardioloqlardan həyəcan siqnalı verdi

14 İyun 2025 03:15see116

İranın Baş Qərargah rəisinin iki müavini İsrail hava zərbələri zamanı həlak olub

14 İyun 2025 11:31see115

D vitamini analizini kimlər nə üçün verməlidir?

13 İyun 2025 11:24see114

İranın Baş Qərargahnın AZƏRBAYCANLI RƏİSİ rəisi öldürüldü

13 İyun 2025 08:02see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri