Icma.az
close
up
RU
Köhnə avtobusu evə döndərdi: Ağı söyləyərək ölkəni gəzir

Köhnə avtobusu evə döndərdi: Ağı söyləyərək ölkəni gəzir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bozlak ənənəsini (bayatı, ağı söyləmək) və Anadolunun zəngin mədəni irsini gələcək nəsillərə ötürməyi hədəfləyən Sərhat Ulaşkan 3 ildir ki, “Bir Bozlak Hekayəsi” layihəsi ilə Türkiyəni qarış-qarış dolaşır. S.Ulaşkan 1985-ci il istehsalı avtobusu müasir formada dizayn edərək salonda hər cür şərait yaradıb. Avtobusa “Allı durnam” adını verən S.Ulaşkanın xalı, kilim və tikmələrlə bəzədiyi, yumşaq oturacaqlar qoyduğu mənzil-avtobus görənlər tərəfindən maraqla qarşılanır. Bir çox şəhərlərdə gəzdiyi sənətçilərlə pulsuz konsertlər verən S.Ulaşkan getdiyi hər şəhərdə vətəndaşlara musiqi, mədəniyyət və dostluq aparır. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, S.Ulaşkan, "dostlarımız, ailəmiz arasında danışdığımız nağıllar, ustadlarımızın həyat hekayələrini toplayıb “Bir Bozlak Hekayəsi" adı ilə konsertlər verməyə başladıq. 1985-ci il model 302 "Mercedes" avtobusu alıb, adını "Allı Durnam" qoyandan sonra iş tamamilə dəyişdi. Onunla şəhərlər arasında səyahət etməyə başladıq. Bu, sonradan bizim üçün tamamilə fərqli bir gəzinti, söhbəti, musiqini və musiqisevərləri bir araya gətirən bir avtobus oldu. Xarici görünüşcə avtobusa bənzəsə də, içəri girəndə evdən heç bir fərqi yoxdur”, deyən S.Ulaşkan qeyd edib ki, bu layihə ilə Anadolu xalqının mədəniyyəti, musiqisi, adət-ənənələri, həyat tərzi gələcək nəsillərə ötürmək istəyirlər. Daha əvvəl musiqi və rəqs qrupu ilə proqram hazırlayıblar. Çox maraqlı olub, canlı yayımda iştirak ediblər, yerli hökumət qurumları onlara dəstək olub. Çünki onlar türk millətindən danışırlar, bunu da bir mədəniyyət adamı kimi aparırlar. Layihəyə dəstək verən sənətçi Turan Alp avtobusun ab-havasını çox bəyəndiyini söyləyərək, "Bu gün avtobusa minmək fürsətimiz oldu. Xalq mahnıları fərqli tərzdə oxunur. Səmimi bir atmosfer var. Gözəl bir mədəniyyət transferi. Hər dayanacaqda bir türkü ilə ürəkdən gələn bir xidmət. Çox zövq aldım. İnşallah, bu layihə uzun illər davam edər, sənətçi dostlarıma da tövsiyə edirəm ", deyib.  Layihəyə Ankaradan qatılan müəllim Deniz Dağdelen, "Allı Durnam”a Ankaradan qoşuldum. Allı Turnam İstanbuldan yola düşdü və axşam bizi aldı. Oradan Kəskinə gəldik. Orada gecələdik. Kəskində çox gözəl qarşılandıq. Səhər yenidən yola düşdük və bura gəldik. Çünki “Allı Durnam” xəyal etmədiyimiz bir şeydir. Burada əyləşib hara baxsan, başqa bir gözəllik görürsən. Bu, mənim “Allı Durnam”la ikinci səfərimdir”, söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyun 2025 06:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri