Icma.az
close
up
RU
Azərbaycan Almaniya əlaqələrində yeni inkişaf mərhələsi

Azərbaycan Almaniya əlaqələrində yeni inkişaf mərhələsi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir, eyni zamanda, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisidir.İkitərəfli və çoxtərəfli formatlarda inkişaf edən Azərbaycan-Almaniya münasibətləri, eləcə də hökumət nümayəndə heyətlərinin yüksək səviyyəsi qarşılıqlı səfərləri sayəsində daha da möhkəmlənib, son illərdə siyasi-iqtisadi, humanitar, mədəni sahələrdə ən yüksək səviyyəyə çatıbdır. Prezident İlham Əliyev indiyə qədər Almaniyaya ümumilikdə 16 səfər edib. Almaniyadan isə dövlət və hökumət başçı səviyyəsində səfərlər baş tutub.

Dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfranslarında iştirakı, Almaniyanın dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu siyasi xadimləri ilə görüşləri Azərbaycan-Almaniya əlaqələrini yeni mərhələyə yüksəldib.
Avropa İttifaqının lokomotivi hesab edilən Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini və Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana səfəri və Prezident İlham Əliyevlə işgüzar görüşləri, aparılan faydalı müzakirələr ikitərəfli münasibətlərin perspektivləri baxımından önəmli hesab edilə bilər. Cənab Prezident də Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfərinin ölkələrimizi bir-birinə daha yaxın edəcəyi ilə bağlı əminliyini qeyd etdi.
Səfər çərçivəsində Prezidentlər bir çox mühüm mesajlar verməklə yaxın əməkdaşlıq niyyətlərini bəyan etdilər. Mətbuata verilən bəyanatlarda, eləcə də jurnalistlərin suallarının cavablandırılması zamanı ikitərəfli münasibətlərdəki aktual məsələlərə toxunuldu.
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında aparılan sülhyaratma prosesi barədə ölkəmizin prinsipial mövqeyini, sülhə sadiqliyini bir daha nəzərə çatdıraraq Ermənistanın imitasiyalarla məşğul olmasını, saxta sülh bəyanatlarını ifşa etdi. Bəyanatda vurğulandığı kimi İrəvan tərəfindən verilən mesajlar, səsləndirilən absurd iddialar sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər formalaşdırır.
Dövlətimizin başçısının bu ədalətli mövqeyini dəstəkləyən Frank-Valter Ştaynmayer də “Fikrimcə, onlar Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasında maneəyə çevrilməməlidir. Çox önəmli qətiyyət var, vacib an yetişib, onun ritmini itirmək məsuliyyətsizlik olardı” fikri də rəsmi İrəvanı məsuliyyətli olmağa çağırış kimi qiymətləndirilə bilər.
Almaniya Prezidenti, eyni zamanda, mətbuata verdiyi bəyanatda və digər açıqlamalarında Avropa İttifaqı və bölgə üçün Azərbaycanın mühüm tərəfdaş olduğunu bildirdi. Vurğulandığı kimi Azərbaycan Almaniyanın enerji təminatında mühüm rol oynayır, neft ixracı sayəsində Almaniyanın enerji-yanacaq təhlükəsizliyi təmin edilir, həmçinin, qaz tədarükü ilə bağlı möhkəm əməkdaşlıq sütunları qurulub.
SOCAR və Almaniyanın “Uniper” şirkəti uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıb. Enerji sahəsində əməkdaşlığın ən mühüm şaxəsi kimi Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazı Avropa İttifaqı ölkələrindən biri olan Almaniyaya çatdırır. Rəsmi Berlin ölkəmizin yürütdüyü enerji siyasətini və qaz təminatında oynadığı mühüm rolu yüksək dəyərləndirərək ölkəmizi etibarlı və sadiq təchizatçı adlandırır.
İki ölkə arasında iqtisadi əlaqələrin dinamikası da xeyli güclüdür. Azərbaycan və Almaniya arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında əməkdaşlıq sənədinin imzalanması, Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun təsis edilməsi, Alman-Azərbaycan Xarici Ticarət Palatasının açılması iqtisadi əlaqələrin inkişafına təkan verib.
Hazırda Azərbaycanın xarici ticarət tərəfdaşları arasında altıncı yerdə qərarlaşan Almaniya ilə ticarət dövriyyəsi durmadan artır. Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 70 faizə bərabərdir. 2024-cü ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1,6 milyard dolları ötüb və dövriyyənin daha da böyüməsi üçün güclü resurs bazası var.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi 2025-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəmiz təxminən üç dəfə artıb və buna neft ixracı daha çox təsir göstərib. Gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atılması nəzərdə tutulur. Azərbaycanda qeydiyyatdan keçmiş 240-a yaxın alman şirkəti bu prosesdə töhfə verici rol oynayır və qarşılıqlı ticarətin və investisiyaların təşviqinə müsbət təsirlərinin artacağı istisna deyil. O cümlədən, alman şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində və investisiya layihələrində iştirakı real görünür.
Almaniya Azərbaycanın müəllifi olduğu mühüm nəqliyyat-logistika layihələrinə də böyük maraq göstərir, Orta Dəhlizdə yer almaq niyyətini gizlətmir. Prezident Frank-Valter Ştaynmayerin bildirdiyi kimi, Azərbaycan inkişaf edərək mühüm strateji məkana çevrilib və ölkəmizin coğrafi mövqeyi olduqca əlverişlidir, vacib ticarət yollarının, logistikaların kəsişdiyi məkandır.
Almaniya böyük bir coğrafiyalarda ticarət-logistika qovşaqlarında yer almaqla Mərkəzi Asiya, Uzaq Şərq, Cənub-Qərbi Asiya və Çinlə nəqliyyat magistrallarında bağlantılarını genişləndirir. Həmin trans-nəqliyyat şəbəkələrini birləşdirən Orta Dəhliz də Almaniya üçün ən etibarlı nəqliyyat arteriyası deməkdir. Hazırda Orta Dəhlizdə əsas geosiyasi mövqeyə malik olan Azərbaycan böyük bir hab formalaşdırır. Rəsmi Berlin müasir fraqmentasiyalar fonunda bu dəhlizə qoşulmaqda maraqlıdır və Ştaynmayerin də söylədiyi kimi hazırkı reallığı qiymətləndirmək niyyətindədir.
Almaniyanın Trans-Xəzər dəhlizində yer alması isə Azərbaycan-Almaniya iqtisadi-ticari bağlantılarını daha da gücləndirəcək, eyni zamanda, gələcəkdə Orta Dəhlizin son nöqtələrindən biri olan Zəngəzur-Naxçıvan xəttinin də reallaşmasını təmin edəcək.
Beləliklə, Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Bu səfər bütün sahələr üzrə, ələlxüsus da iqtisadiyyatın bir çox bölmələrində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.

Ramid Namazov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri