İran Azərbaycan vasitəsilə Rusiyadan elektrik enerjisi idxal etməyi planlaşdırır
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
İran Rusiya ilə enerji sahəsində əməkdaşlığı genişləndirməyi hədəfləyib. Tehran hökuməti Azərbaycan ərazisindən keçməklə Rusiyanın cənub regionlarından elektrik enerjisi idxal etməyi planlaşdırır.
Bu barədə İranın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı danışıqlar İranın energetika naziri Abbas Əliabadi və rusiyalı həmkarı Sergey Tsivilyovun Tehranda keçirilən görüşü zamanı müzakirə olunub.
Tərəflər enerji şəbəkələrinin sinxronlaşdırılması istiqamətində konkret addımlar atmaq üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Görüşdə həmçinin İranın cənubunda yerləşən "Sirik" İstilik Elektrik Stansiyasının (İES) tikintisi məsələsi də diqqət mərkəzində olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 İyul 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















