Icma.az
close
up
RU
İran Azərbaycanla sərhəddə yeni avtomobil yolunu istifadəyə verməyi planlaşdırır

İran Azərbaycanla sərhəddə yeni avtomobil yolunu istifadəyə verməyi planlaşdırır

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan tərəfi ilə müzakirələrə əsasən, gələn 2 ay ərzində Astarada İran-Azərbaycan sərhədində istifadəyə verilən yeni körpüyə bitişən yeni avtomobil yolunun istifadəyə verilməsi planlaşdırılır.

Modern.az-ın məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Yol və Nəqliyyat Təşkilatının sədri Rza Əkbəri yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ildə bu magistral yolun bir hissəsi istifadəyə verilmiş və yük maşınları və tranzitin bir hissəsi bu istiqamətlə daşınırdı. 4 zolaqlı yeni avtomobil yolunun istifadəyə verilməsi ilə 1,4 kilometr uzunluğunda keçid yolu bu istiqamətə yönəldiləcək.

Nazir müavini deyib ki, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasında bu layihə üzrə işlərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Əkbəri bildirib ki, İranın Astara rayonunda həyata keçirilməkdə olan iki önəmli layihədən biri qeyd olunan avtomobil yolu, ikincisi isə yeni yük terminalıdır. Bu yük terminalı 6 hektar ərazidə inşa olunacaq. Ərazinin mülkiyyəti artıq satın alınıb və tezliklə tikinti işlərinə başlanacaq. Bu yük terminalının bir neçə mərhələdə istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin 21 və 22 yanvarda Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyanın 16-cı iclası keçirilib. İclasın sonunda iki ölkə arasında əməkdaşlıq sənədi imzalanıb.

Əlavə edək ki, İran Astarada 1 il ərzində yük terminalının istifadəyə verilməsi istiqamətində səylər göstərir.

Qeyd edək ki, Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün təməli 25 yanvar 2022-də qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metrdir. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulub. Körpünün tikintisinə 5,8 milyon avro vəsait xərclənib. Bu körpü 30 dekabr 2023-də istifadəyə verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri