Icma.az
close
up
RU
İran Bakıya görə taktikanı dəyişdi: Pezeşkianı narahat edən təhlükə

İran Bakıya görə taktikanı dəyişdi: Pezeşkianı narahat edən təhlükə

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkianın yaxın iki həftə ərzində Ermənistana səfəri gözlənilir. Bununla yanaşı, onun Çinə səfəri də planlaşdırılıb.

İranın xarici işlər naziri Abbas Araqçi Pezeşkianın xarici əlaqələri gücləndirmək üçün bundan öncə Azərbaycana, Qətərə, Omana və Pakistana səfər etdiyini, növbəti ünvanın Ermənistan olduğunu bildirib.

Globalinfo.az-a danışan siyasi şərhçi Həşim Səhrablı deyib ki, Pezeşkianın Azərbaycanla bağlı son çıxışı İranın xarici siyasətində dəyişiklik etmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirdi:

Həmçinin oxuyun:

Bakıda gözlənti: Pezeşkian Pakistana buna görə gedib – İmran Xalid şifrələri açır

“Pezeşkian yaxşı anlayır ki, İranın tutduğu mövqe, yəni regionda hadisələrə yalnız farsizm prizmasından yanaşaraq addımlar atması ölkəni Azərbaycandan uzaqlaşdırır. Bu da rəsmi Bakını regional təhlükələrə qarşı beynəlxalq tərəfdaşlıq zənciri qurmağa vadar edir. Ona görə də Pezeşkian İranın xarici siyasət kursunu tamamilə dəyişərək Azərbaycanı tərəfdaş ölkə kimi görmək istəyir. Vaşinqtonda baş tutacaq görüş isə İran üçün ciddi bir siqnal olmalıdır. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, mövcud problemlərin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır və bütün dövlətlərdən bu məsələyə anlayışla yanaşmalarını gözləyir”.

Siyasi şərhçinin sözlərinə görə, Vaşinqton görüşündən sonra Pezeşkianın Ermənistana səfəri xüsusi məqsədlər daşıyır:

“Pezeşkian yaxşı bilir ki, Ermənistan regionda ABŞ-ın maraqlarının əsas daşıyıcısına çevrilməkdədir. Azərbaycan isə İranın radikal addımlarına baxmayaraq ərazisini nə İsrailin, nə də digər ölkələrin İranı hədəf almaq üçün istifadə etməsinə icazə verib. Həmçinin Zəngəzurun Ermənistandan keçən hissəsinə ABŞ şirkətlərinin nəzarət etməsi ilə bağlı yayılan məlumatlar Tehranda ciddi narahatlıq yaradıb. Pezeşkian bu gün üçün Bakını deyil, İrəvanı əsas təhlükə kimi görür. İran prezidenti Vaşinqton görüşündə ölkəsinə qarşı real risklərin olub-olmadığına dair məlumat almağa çalışır. Məhz bu səbəbdən həmin səfər xüsusi əhəmiyyət daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri