Icma.az
close
up
RU
Pezeşkianı Bakıya niyə buraxmırlar? İki kritik səbəb

Pezeşkianı Bakıya niyə buraxmırlar? İki kritik səbəb

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

İranla Azərbaycan arasında gərginlik zaman-zaman səngisə də, son dövrlərdə yenidən artıb. Bi müdddət əvvəl Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı İran Prezidenti Məsud Pezeşkianla təmasların olmadığını deyib. Ekspertlər iddia edir ki, Pezeşkian türk (azərbaycanlı) olduğu üçün onun Bakı ilə birbaşa təmas qurması İrandakı hakim dairələr tərəfindən əngəllənir.

Tehran Azərbaycan türkü olduğu deyilən M.Pezeşkianın Bakıya gəlməsini istəmir? Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasındakı gərginliyi azalda bilərmi?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İran prezidentinin Azərbaycana səfər etməməsinin bir neçə geosiyasi, diplomatik və daxili səbəbləri mövcuddur:

“Bunları aşağıdakı başlıqlar altında təhlil etmək olar:

Birinci faktor kimi, Azərbaycan və İran arasında münasibətlər Cənubi Qafqazdakı geosiyasi rəqabətlə bağlı bir sıra problemlərlə müşayiət olunur.

Azərbaycan və Türkiyə arasında son illərdə artan hərbi və siyasi əməkdaşlıq İranı narahat edir. Xüsusilə Zəngəzur dəhlizi layihəsi İranın Ermənistan vasitəsilə Avrasiya ilə quru əlaqəsinə təsir edə biləcək bir amil kimi qiymətləndirilir. Digər tərəfdən, İranın Ermənistanla strateji əməkdaşlığı Azərbaycan-İran əlaqələrinə mənfi təsir göstərir. Tehran Bakı ilə münasibətlərin pisləşməsi fonunda Ermənistanla iqtisadi və təhlükəsizlik sahələrində yaxınlaşır. Ümumiyyətlə, İran Ermənistanı Cənubi Qafqazda özünün strateji müttəfiqi qismində görür və hər fürsətdə bunu göstərir.

Vüqar Zifəroğlu

İkinci faktor təbii ki, İranın daxili və xarici siyasətindəki uyğunsuzluqlarla bağlıdır. Daxili siyasətindəki problemlər onun xarici siyasət qərarlarını da məhdudlaşdırır.

İranın mühafizəkar qanadı ölkənin daxili siyasətində və xarici əlaqələrində mühüm təsir gücünə malikdir. Bu qanad İran prezidentinin və onun hökumətinin xarici siyasət qərarlarına, o cümlədən Azərbaycanla bağlı münasibətlərinə ciddi təsir göstərir. Pezeşkianın Azərbaycana səfərinin reallaşmaması da məhz bu təzyiqlər və mühafizəkar dairələrin strategiyaları ilə izah oluna bilər. İranın mühafizəkar qanadı Pezeşkianın Azərbaycana səfər etməsinə müxtəlif yollarla maneə olur. Onların fikrincə, belə bir səfər İranın regional maraqlarına və milli təhlükəsizlik strategiyasına uyğun deyil. Bu səbəbdən İranın xarici siyasətindəki mühafizəkar təsir iki ölkə arasındakı münasibətlərin inkişafını əngəlləyən əsas amillərdən biri kimi önə çıxır. Halbuki belə bir səfərin olması münasibətlərə müsbət təsirini göstərmiş olardı. Xatırlayırsınızsa, İranda keçirilən son prezident seçkilərindən sonra da belə bir gözlənti var idi. Lakin bu, yuxarıda sadaladığımız faktorların təsiri ilə reallaşmadı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Yanvar 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri